Turizmlə bağlı yeni standartın tətbiqi ilə bağlı işlər sürətləndirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Turizmlə bağlı yeni standartın tətbiqi ilə bağlı işlər sürətləndirilib – FOTO

16:57 - 25 / 04 / 2017
Turizmlə bağlı yeni standartın tətbiqi ilə bağlı işlər sürətləndirilib – FOTO

May ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi, həmçinin son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axını Azərbaycanda halal turizm standartlarının tətbiqini zəruri edir.

1news.az-ın məlumatına görə, bu məqsədlə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin 25 aprel tarixində “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tələblərinə həsr olunmuş seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifələrini icra edən Namiq Tağıyev ölkənin multikultural dəyərlərini özündə ehtiva edən yeni halal turizm modelinin yaradıldığını bildirib. O, Prezident İlham Əliyevin qeyri-neft sektorunda xüsusi payı olan turizm sənayesinin inkişafına dəstəyini xüsusi vurğulayıb.

N.Tağıyev qeyd edib ki, Prezidentin uğurlu siyasəti nəticəsində son illərdə əldə olunmuş dayanıqlı sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb, turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması  istiqamətində böyük işlər həyata keçirilib.

Son zamanlar müsəlman ölkələrindən ölkəmizə çoxsaylı turist axınını və cari ilin may ayında ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi halal turizmlə bağlı beynəlxalq təcrübənin öyrənildiyini deyən İnstitut rəsmisi “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tətbiqinin də məhz bu zərurətdən irəli gəldiyini qeyd edib.

“Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartı halal turizm fəaliyyətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla istirahət mərkəzləri, motellər və digər mehmanxana tipli obyektlər üçün “Halal İdarə Sistemi”ni əhatə edir. Müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsiplərə uyğun olaraq yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli keçirilməsi üçün stdandartda bir sıra tələblər öz əksini tapıb.

Belə ki, bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin kişilər və qadınlar üçün ayrıca su hovuzu və spa xidmətləri göstərilir. Ramazan ayında mehmanxana ziyarətçilərinə xüsusi xidmətlər göstərilir. Bir sözlə müsəlman turistlərin yaşayışı, turların təşkili və digər səmərəli istirahəti üçün bütün tələblər bu standartda nəzərə alınır.

Mədəniyyət və Turzim Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov son dövrlərdə ölkəmizdə turizmin inkişafı istiqamətində görülmüş işlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına öz töhfəsini verib.

Belə ki, Körfəz ölkələri, eləcə də Çin, Koreya, Yaponiya, Malayziya və Sinqapur ilə münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsirini göstərib, bu ölkələrin əksəriyyətindən ölkəmizə gələn müsəlman turistlərin sayında əsaslı artım qeydə alınıb.  Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib. Sektor müdirinin sözlərinə görə, cari ilin mart ayında Novruz bayramı münasibətilə İrandan gələn turistlərin sayı yetmiş minədək artmışdır.

Azərbaycan Akkreditasiya Mərkəzinin ekspert-auditoru Əkbər Əliyev halal idarəetmənin turizm sektorunda yeni istiqamət olduğunu, beynəlxalq təcrübədə populyarlıq qazandığını deyib. Artıq bir çox islam ölkələrində turizm və otelçilik sahəsində halal prinsiplər əsasasında xidmətlər göstərilir. Təkcə 2016-cı ildə müsəlman turistlər səyahətlər zamanı 140 milyon ABŞ dolları xərcləyib. Bu rəqəmin 2020-ci ilədək 180 milyon ABŞ dollarına qədər artacağı gözlənilir.

Halal məhsulların sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş “AzeSERT HALAL” MMC -nin direktoru Elşad Əliyev isə bildirib ki, hazırda bir çox ölkələrdə halal turizimlə bağlı standartlar və sertifikatlaşdırma sxemləri qəbul edilib. Artıq bu standartın tələblərinə uyğun sertifikatlaşdırılmış mehmanxana şəbəkələri dünyanın müxtəlif ölkələrində xidmət göstərir. Hətta müsəlman turistlər üçün internet üzərindən halal prinsiplər əsasında fəaliyyət göstərən mehmanxanaların axtarış sistemi də tətbiq edilmişdir. (https://halalbooking.com).

Babək Cahandarov

 

Paylaş:
490

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər