Galaxy S8 almaq üçün 5 səbəb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Galaxy S8 almaq üçün 5 səbəb

10:07 - 21 / 04 / 2017
Galaxy S8 almaq üçün 5 səbəb

Galaxy S8 və S8+ smartfonlarının Azərbaycan ərazisinda rəsmi satışın başlanmasına bir neçə gün qalıb.

Öncədən sifariş kampaniyası davam edir, flaqmanlara maraq olduqca yüksəkdir. Səbəb, yeni smartfonların çərçivəsiz displeyi və mükəmməl dizaynıdır. Yeni flaqman olduqca maraqlı alınıb, aşağıda göstərilən beş səbəb isə, Galaxy S8-in, hal hazırda ən yaxşı smartfon olmasını izah edir.

1. Sərhədsiz displey.

Yeni texnologiya ilə displey çərçivələrdən tamamilə azad olunub. Film və videoları izləyərkən və ya oyun oynayarkən, siz özünüzü qıraqdan izləyici kimi deyil, birbaşa iştirakçı kimi hiss edəcəksiniz. Yeni 18.5:9 nisbəti və SuperAMOLED displey, parlaq və canlı rəngləri olduğu kimi çatdıracaq.

2. Dizayn.

Simmetrik, dairəvi künclər və şüşə ilə örtülmüş, metaldan hazırlanmış korpus. Flaqman, premium sözünün canlı görünüşüdür. Displeyin ölçülərinin artmasına baxmayaraq (5.8` - Galaxy S8, 6.2` - Galaxy S8+), smartfonlar rahatlıqla əldə yerləşir. Səbəb – displeyin, korpusun ön hissəsinin 83.6% təşkil etməsidir.

3.Təhlükəsizlik.

Ən əsas məqam - göz skaneridir.  On səkkiz aya qədər formalaşan gözün unikal rəsmi, ömrün sonuna qədər dəyişilməz olaraq qalır. Hər bir insanın gözünün rəsmi o qədər unikaldır ki, hətta əkizlərdə belə fərqlənir. Həmçinin, Galaxy S8 və S8+, Üzdən tanıma və Barmaq izi skaneri kimi təhlükəsizlik vasitələri ilə təchiz olunub.

4. Kamera.

12-meqapiksellik əsas kamera, Dual Pixel və Multi-Frame texnologiyalarına malikdir. Multi-Frame texnologiyası, ard-arda bir neçə kadr çəkib, onları vahid bir şəkildə toplayır, nəticədə hətta zəif işıqlı şəraitdə və ya obyekt hərəkətdə olanda, şəkilin parlaq və aydın olmasını təmin edir. Galaxy smartfonlarında ilk dəfə olaraq, ön kamera smart-avtofokusa malikdir, üz tanıma funksiyası ilə birlikdə, siz və sizin dostlarınızın mükəmməl selfiləri alınacaq. Kameranın tətbiqində filtr, stiker və effektlar tapacaqsınız, bu o deməkdir ki, artıq əlavə tətbiqlər yükləməyə ehtiyyac qalmadı.

5. İstifadə rahatlıqı.

Yuxarıda göstərilənlərdən əlavə, smartfon rahat istifadə üçün bütün lazımlı funksiyalar ilə təchiz olunub. Galaxy S8 və S8+, IP68 sertifikasiyasından keçib (30 dəqiqə ərzində, 1.5m suyun dərinliyində qala bilər və tozdan qorunub). Dünyada ilk dəfə olaraq, smartfonda 10nm prosessordan istifadə olunub. 8 nüvəli Exynos8895, ötən nəsilə nisbətən 10% daha sürətlidir və akkumulyatorun enerjisindən 20% daha az istifadə edir. Smartfonlarla birlikdə, yüksək keyfiyyətli, ikixəttli AKG qulaqcıqları da təqdim olunacaq. 32-bit səsə malik olan Galaxy S8 və S8+, Hi-Fi audio pleyerlərə xas olan zəngin səs ilə, musiqi sevərlər üçün əla bir tapıntı olacaq. Operativ yaddaş 4Gb, daxili yaddaş isə 64Gb təşkil edir. Həmçinin 256Gb qədər MicroSD kartla, yaddaşı artırma imkanı var.

Yeni flaqmanı almaq üçün əsas səbəbləri bunlardır. Lakin bu smartfonu yalnız istifadədən sonra onun nə qədər innovativ olduğunu anlaşılır. Nəzərinizə çatdıraq ki, öncədən sifariş edərək, siz bu smatfonun ilk sahiblərindən ola və hədiyyə olaraq 128 Gb MicroSD kart qazana bilərsiniz.

Paylaş:
699

Son xəbərlər

Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57
Bütün xəbərlər