Nazirlik sahibkarlara xəbərdarlıq edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazirlik sahibkarlara xəbərdarlıq edib

17:56 - 21 / 04 / 2017
Nazirlik sahibkarlara xəbərdarlıq edib

Məlum olduğu kimi, 2017-ci ilin may ayında ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.

1news.az-ın məlumatına görə, İqtisadiyat Nazirliyinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 12 aprel 2017-ci il tarixli Sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması may ayının 5-dən 25-dək saat 22:00-dan 07:00-dək həyata keçirilməlidir.

“Təchizatı gündüz saatlarında həyata keçirilməli olan obyektlərdə bu işlər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən xüsusi icazələr əsasında aparılacaq.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə təsərrüfat fəaliyyətlərinin təşkili zamanı qeyd olunanların nəzərə alınmasını və həmin işlərin müəyyən olunmuş vaxtlarda həyata keçirilməsi üçün tədbirlər görülməsini tövsiyyə edir”- deyə, nazirlikdən bildiriblər.

Babək Cahandarov

 

Paylaş:
562

Son xəbərlər

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19
Bütün xəbərlər