4G Mi-Fi və 3G USB modem kampaniyası başlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

4G Mi-Fi və 3G USB modem kampaniyası başlandı

10:35 - 16 / 03 / 2017
4G Mi-Fi və 3G USB modem kampaniyası başlandı

Martın 15-dən etibarən Azercell Telekom MMC öz abunəçiləri üçün yeni 4G MiFi və 3G USB Modem kampaniyasına başlayır.

Kampaniya çərçivəsində abunəçilər 4G MiFi və 3G USB Modem cihazlarını nağd və ya sərfəli kredit şərtləri ilə əldə edə bilərlər. Bundan əlavə, kampaniya müddətində abunəçilər sərfəli internet paketlərindən də yararlana biləcəklər. Belə ki, abunəçilərə ilk ay bonus İnternet paketi hədiyyə edilir.

4G MiFi cihazını 60 AZN məbləğində ilkin ödəniş edib 10 ay ərzində LİMİTSİZ=30AZN paketi ilə, yaxud birdəfəlik 120 AZN ödəniş etməklə əldə etmək mümkündür. Kampaniyaya qoşulduqda abunəçiyə ilk ay LİMİTSİZ internet paketi HƏDİYYƏ olaraq təqdim olunur. 4G MiFi 100 Mb/s-ə qədər internet sürəti təmin edir. Bundan əlavə, MiFi eyni zamanda 10 cihazın İnternetə qoşulmasına imkan verir.

3G USB modemlərini isə ilkin ödəniş 20 AZN və 10 aylıq 10GB=10AZN internet paketi ilə və ya birdəfəlik 35 AZN-lik ödənişlə əldə etmək mümkündür. Kampaniya çərçivəsində modemlə yanaşı abunəçiyə pulsuz nömrə və ilk ay 10 GB internet HƏDİYYƏ təqdim olunur. 3G USB modem 21.6 Mb/s-ə qədər internet sürətini təmin edir.

Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri və ya Diler Ofislərinə yaxınlaşıb mövcud  təkliflərdən birini seçə bilərlər. 4G MiFi cihazlarını yalnız Bakı ərazisində yerləşən satış məntəqələrində əldə etmək mümkündür.

Kampaniya haqqında ətraflı məlumat almaq və təfərrüatları dəqiqləşdirmək üçün www.azercell.com saytına müraciət edə bilərsiniz.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Paylaş:
1131

Son xəbərlər

Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02
Bütün xəbərlər