Ərdəbildə İran-Azərbaycan biznes forumu keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ərdəbildə İran-Azərbaycan biznes forumu keçirilib – FOTO

13:51 - 24 / 02 / 2017
Ərdəbildə İran-Azərbaycan biznes forumu keçirilib – FOTO

Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Ərdəbildə biznes forum keçirilib.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfi yüngül və qida sənayesi, kənd təsərrüfatı, maliyyə, İKT, tikinti və s. sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub.

Biznes forumda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illərdə Azərbaycan-İran əlaqələri strateji səviyyəyə yüksəlib. Vurğulanıb ki, son 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 500-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir və İran tərəfdən Azərbaycan iqtisadiyyatına 2,7 milyard ABŞ dolları investisiya yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 70 faizə yaxın artıb.

Ş.Mustafayev qeyd edib ki, ölkələrimiz arasında imzalanmış “Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad” və “Marazad” sazişləri hər iki tərəfdən qüvvəyə minib. 2017-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 36 MVt gücündə Ordubad SES-in təməli qoyulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi yekunlaşmaq üzrədir. Artıq Azərbaycanda 8,3 km-lik dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. Hazırda İranda 1,7 km dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90%-dən çoxu tamamlanıb və 2017-ci ildə yekunlaşdırılacaq. Ötən il 330 kV Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.

2016-cı ildə Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun, bu ilin yanvarında isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə layihəsi olan əczaçılıq zavodunun təməli qoyulub. Ötən il həmçinin, Azərbaycan və İran arasında iqtisadi, nəqliyyat və turizm sahələrində əməkdaşlığın davamlı inkişafına töhfə verəcək Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu ilə sərnişin qatarı işə düşüb. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq.

Ş.Mustafayev diqqətə çatdırıb ki, təkcə 2016-cı ildə iş adamlarının iştirakı ilə 15 biznes forum, işgüzar görüş və sərgilər keçirilib. Viza rejiminin sadələşdirilməsi nəticəsində 2017-ci ilin əvvəlindən başlayaraq İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala bilir. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə bütün sərhəd-keçid məntəqələrində viza verilməsi təmin ediləcək, turistlərin sürətli keçidi üçün xüsusi zolaqlar yaradılacaq, sərhəd məntəqələrinin iş saatları artırılacaq. Bütün bunlar isə, iş adamları arasında əlaqələrin genişlənməsinə imkanlar açır.

Ş.Mustafayev bildirib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Şeyx Səfi məqbərəsini, Şah İsmayıl Xətainin məzarını ziyarət edib və bu bizdə böyük təəssürat yaradıb. Bu gün inkişaf edən dostluq, mehriban qonşuluq münasibətləri, tarixi köklər xalqlarımızı bir-birinə bağlayır, yaxın mədəniyyət və eyni dinə mənsubuq.

İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş Azərbaycanla iqtisadi əməkdaşlığın Ərdəbil vilayəti üçün böyük maraq kəsb etdiyini deyib. Qeyd edib ki, bu əlaqələr daha da genişləndirilməlidir. Turizm, kənd təsərrüfatı, xüsusilə əkinçilik və emal sahəsinin inkişaf etdirilməsi üçün biznes-forumun rolu böyükdür.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb, sənaye, kənd təsərrüfatı, ticarət və s. sahələrdə əməkdaşlığa dair fikirlərini bölüşüb.

Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən iş adamları arasında əməkdaşlıq imkanlarına, Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatlar keçirilib.

Sonra AZPROMO və Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.

1news.az

 

Paylaş:
808

Son xəbərlər

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58
Bütün xəbərlər