Əmlakın qeydiyyatında daha bir yenilik | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əmlakın qeydiyyatında daha bir yenilik

19:20 - 17 / 02 / 2017
Əmlakın qeydiyyatında daha bir yenilik

Əmlak Məsələləri Dövlət Komitəsi əhaliyə göstərilən ictimai xidmətlərdə, o cümlədən daşınmaz əmlakın qeydiyyatında innovasiyaların tətbiqi, vətəndaş məmnunluğunun artırılması və sosial yönümlülüyün gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

1news.az xəbər verir ki, insanlara göstərilən xidmətlərin sadələşdirilməsi və əlçatanlığın təmin olunmasında mühüm rol oynayan, paytaxtla yanaşı respublikanın müxtəlif regionlarında keçirilən “Kütləvi Çıxarış” kompaniyasının keçirilməsində komitə tərəfindən daha bir yeniliyə imza atılıb. Artıq bu kampaniya çərçivəsində əhaliyə bir başa onların iş yerlərində də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstəriləcək. Belə ki, bundan sonra kütləvi çıxarış kampaniyaları iri sənaye və istehsal müəssisələri, zavodlar, fabriklər və müxtəlif təsərrüfatlarda birbaşa yerlərdə onların işçiləri üçün də keçiriləcək.

İlk belə kampaniya 17 fevral tarixində İmişli rayonunda yerləşən, çoxsaylı əmək kollektivi olan İmişli Şəkər zavodunun işçiləri üçün keçirilib. Qeyd edək ki, zavodda rayonun müxtəlif kənd və qəsəbələrindən həmçinin ətraf rayonlardan olan işçilər çalışırlar. Kampaniya çərçivəsində zavod əməkdaşları iş yerlərindən ayrılmadan, daha rahat və operativ şəkildə qeydiyyat xidmətlərindən faydalanıblar. Kampaniya İmişli Şəkər zavodu işçilərinə vaxtlarını daha səmərəli planlaşdırmağa, əmlaklarına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətlərindən yararlanmağa şərait yaradıb.

Komitənin əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə 50-ə yaxın zavod işçisinə əmlaklarına dair hazır çıxarışlar birbaşa İmişli Şəkər zavodunda təqdim edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. 70-ə yaxın zavod işçisi isə ilkin mərhələdə çıxarışla əvəz olunması üçün lazımi sənədləri komitənin əməkdaşlarına təqdim ediblər. Onlara çıxarışların hazır olacağı tarix və birbaşa ünvana gətiriləcəyi bildirilib.

Xatırladaq ki, kampaniya sosial xarakter daşıdığı üçün zavod işçiləri tərəfindən  xidmət haqqı və dövlət rüsumu istisna olmaqla heç bir əlavə ödəniş edilməyib. Vətəndaşlar həmçinin  komitənin keçən ay istifadəyə verdiyi  innovativ tətbiqetmə olan “Əmlakın qeydiyyatı kalkulyatoru” (http://www.emdk.gov.az/calculator/index.html)  vasitəsilə əlavə vaxt itkisi olmadan elektron qaydada dövlət rüsumu və xidmət haqqını əvvəlcədən öyrənə biliblər.

Kampaniya zamanı vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı onları maraqlandıran sualları cavablandırılıb, hüquqi yardım göstərilib. İmişli Şəkər zavodunun işçiləri prosesin belə rahat və sürətli olmasından, birbaşa iş yerlərində keçirilməsindən məmnunluqlarını ifadə ediblər.

Mütəmadi olaraq respublikanın müxtəlif şəhər və rayonlar, kənd və qəsəbələri, habelə əhalinin birbaşa ünvanları ilə yanaşı iş yerlərində də təşkil olunan “Kütləvi çıxarış” kampaniyaları vətəndaşlarımıza öz əmlaklarını maksimum rahat şəkildə, vaxt itirmədən və ödənişi əvvəlcədən öyrənməklə əlverişli şəkildə qeydiyyatdan keçirməyə imkan yaradır. Bütün bu sosial və innovativ tədbirlər qeydiyyat sisteminin formalaşdırılmasında mütərəqqi addımlardır. Belə addımlar vətəndaş-məmur ünsiyyətinin maksimum azalması, əhalinin xidmətlərdən daha rahat və optimal faydalanması ilə nəticələnir.

Komitə əhalini bu yeniliklərdən faydalanmağa və yaradılan əlverişli şəraitdən istifadə etməklə əmlaklarını sənədləşdirməyə dəvət edir.

1news.az

 

Paylaş:
624

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər