Zaur Qəhrəmanov: Manat və lirənin enişi SOCAR-ın Türkiyədəki layihələrinə təsir edə bilməz | 1news.az | Xəbərlər
İqtisadiyyat

Zaur Qəhrəmanov: Manat və lirənin enişi SOCAR-ın Türkiyədəki layihələrinə təsir edə bilməz

11:34 - 23 / 01 / 2017
Zaur Qəhrəmanov: Manat və lirənin enişi SOCAR-ın Türkiyədəki layihələrinə təsir edə bilməz

Azərbaycan manatı və Türkiyə lirəsinin enişi SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti)  Türkiyədəki layihələrinin həyata keçirilməsinə təsir edə bilməz.

Dünya nəşrinin verdiyi xəbərə görə, bunu “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib:

 “SOCAR dünyanın bir çox ölkəsinə investisiya yatırır. Lakin 18 milyard dollarla ən böyük investisiya qoyuluşu məhz Türkiyədə reallaşdırılır. İndiyədək bu investisiya proqramının 9,5 milyard dollarlıq hissəsi həyata keçirilib”.

Z.Qəhrəmanov qeyd edib ki, investisiyanın qalan hissəsi isə qarşıdakı illərdə həyata keçiriləcək və 2020-ci ilədək başa çatdırılacaq:

 “Biz Türkiyəyə investisiya qoyuluşunu 4-5 illik nəzərdə tutmuruq. Uzun müddət bu ölkədə fəaliyyət göstərəcəyik və investisiyalarımız da davam edəcək”.

“SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyədə tikintisini həyata keçirdiyi “Star” neft emalı zavodunun inşası üzrə işlərin 82 faizi tamamlanıb.

 Məqsədimiz 2018-ci ildə illik 10 milyon ton dizel yanacağı istehsalı gücünə malik kompleksin istismara verilməsidir. Bununla da, illik 2,5 milyard dollarlıq idxalın qarşısı alınacaq”, -  deyə Z.Qəhrəmanov sözlərinə əlavə edib.

1news.az

Paylaş:
879

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər