Vüqar Bayramov: “Tramp vədlərinə sadiq qalarsa dolların kəskin ucuzlaşacağı, neftin bahalaşacağı gözlənilmir” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Bayramov: “Tramp vədlərinə sadiq qalarsa dolların kəskin ucuzlaşacağı, neftin bahalaşacağı gözlənilmir”

09:38 - 23 / 01 / 2017
Vüqar Bayramov: “Tramp vədlərinə sadiq qalarsa dolların kəskin ucuzlaşacağı, neftin bahalaşacağı gözlənilmir”

“Prezident Tramp artıq 3 gündür Ağ Evdədir. ABŞ-da Tramp dövrünün başlaması dünya iqtisadiyyatına nə vəd edir? Bizim ölkəmiz üçün təbbi ki, neftin və dolların dünya bazar qiymətinin necə dəyişəcəyi daha maraqlıdır”.

1news.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, dolların aparıcı valyutalara, xüsusən də avroya qarşı məzənnəsində psixoloji səbəblərdən müəyyən enişlər mümkün görünsə də, ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil:

“Trampın “Amerika məhsulları ABŞ-da istehsal olunsun” şüarının reallaşacağı inandırıcı deyil. Transmilli şirkətlər ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağı ağlabatan deyil. Bu isə o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı”.

Ekspert deyib ki, neftin dünya bazar qiymətini proqnozlaşdırmaq çətin olsa da, Trampın mühafizəkar siyasəti “qara qızılın” qiymətində kəskin artımlara imkan verməyəcək:

“Tramp seçkiqabağı kampaniyada neft idxalı ilə bağlı vədlərinə sadiq qalarsa o zaman hətta neftin dünya bazar qiymətində kəskin enişlər də mümkündür.

Bütövlükdə, okeanın digər tərəfindəki reallıqları nəzərə alsaq ABŞ-ın yeni prezidentinin daxili və xarici iqtisadi siyasətdə ciddi dəyişikliklə edəcəyi inandırıcı deyil. Bununla belə, güman edilir ki, ABŞ-ın xarici iqtisadi siyasətində potensial dəyişikliklər Çin və Latın Amerikası ölkələri ilə bağlı ola bilər. Beləcə, Vaşinqton Tramp üçün deyil, Tramp Vaşinqton üçün işləyəcək”.

Fərid Ədalət

Paylaş:
722

Son xəbərlər

Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29
Bütün xəbərlər