Ötən il Qətərdən Azərbaycana səfər edən turistlərin sayı 5.5 dəfə artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ötən il Qətərdən Azərbaycana səfər edən turistlərin sayı 5.5 dəfə artıb

12:58 - 19 / 01 / 2017
Ötən il Qətərdən Azərbaycana səfər edən turistlərin sayı 5.5 dəfə artıb

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti və Ərəb Gözdən Əlillər Federasiyasının sədri Xalid Ali Naemi arasında görüş keçirilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, görüşdə N.Səmədov Azərbaycan və Qətər arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, ölkəmizdə bu sahələrdə həyata keçirilən islahatlar barədə məlumat verib.

Körfəz ölkələri ilə viza rejiminin sadələşdirilməsindən söz açan nazir müavini deyib ki, iki ölkə arasında hökumətlərarası müqavilələrin və birbaşa təyyarə reyslərinin mövcudluğunun nəticəsi olaraq 2016-cı ildə Qətərdən Azərbaycana səyahət edən turistlərin sayı 5.5 dəfə artıb.

Görüş zamanı iki ölkənin turizm obyektlərində fiziki imkanları məhdud şəxslərin sərbəst fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması müzakirə olunub.

Xalid Ali Naemi Qətər dövlətində bu sahədə mövcud standartlar və görülən işlər barədə məlumat verib.

Azərbaycan ilə İslam ölkələri arasında bütün sahələr üzrə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Nazim Səmədov 2017-ci ilin Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdıraraq bu qərarın Azərbaycan və İslam ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da intensivləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

1news.az

Paylaş:
511

Son xəbərlər

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50
Bütün xəbərlər