Aydın Əliyev “Smiths Detection” şirkətinin nümayəndə heyətilə görüşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Aydın Əliyev “Smiths Detection” şirkətinin nümayəndə heyətilə görüşüb

21:59 - 18 / 01 / 2017
Aydın Əliyev “Smiths Detection” şirkətinin nümayəndə heyətilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dünya bazarında təhlükəsizlik texnikası avadanlığı sahəsində lider olan, Böyük Britaniyanın tanınmış “Smiths Detection” texnologiya qrupuna daxil olan Almaniyanın “Smiths Heimann GmbH Wiesbaden” şirkətinin nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın məlumatına görə, A.Əliyev “Smiths Detection” şirkəti ilə son 5 ildə həyata keçirilən mükəmməl əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, bu əməkdaşlıq çərçivəsində “Smiths Detection” şirkəti Azərbaycanın Dövlət Gömrük Komitəsini yüklərin yoxlanılması üçün 11 müasir rentgen kompleksilə təmin edib. Rentgen kompleksləri Azərbaycan sərhədlərində qadağan olunmuş malları aşkar etmək üçün yük avtomobilləri və dəmir yollarında yoxlamalar aparılmasında istifadə olunur. Belə ki, ötən il ərzində Azərbaycan gömrük orqanları “Smiths Detection” şirkətinin quraşdırdığı avadanlığın köməyilə 1100 kiloqramdan artıq narkotik maddə aşkar ediblər.

Sonra A.Əliyev gömrük əməkdaşlığının inkişaf etdirilməsində xidmətlərinə görə “Smiths Detection” şirkətinin nümayəndəsi Volter Knöpselə Azərbaycan Gömrük Xidmətinin döş nişanını təqdim edib.

Komitə sədri qarşıdakı illərdə də “Smiths Detection” şirkətilə əməkdaşlığın inkişaf etdiriləcəyinə, qarşılıqlı əlaqələrin hər iki tərəf üçün faydalı olacağına ümidvar olduğunu bildirib.

1news.az

 

Paylaş:
634

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər