Vergilər Nazirliyi regionlarda çalışan sahibkarlarla görüşlərə başladı - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vergilər Nazirliyi regionlarda çalışan sahibkarlarla görüşlərə başladı - FOTO

18:40 - 16 / 01 / 2017
Vergilər Nazirliyi regionlarda çalışan sahibkarlarla görüşlərə başladı - FOTO

Vergilər Nazirliyi ölkənin regionlarında vergi ödəyiciləri ilə görüşlərə başlayıb.

1news.az-ın məlumatına görə, ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanmış və 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunların şərh edilməsi, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin regionlarda çalışan sahibkarlara və iş adamlarına bilavasitə çatdırılması məqsədilə təşkil olunan ilk görüş Quba şəhərində, 3 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə düşən Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının sahibkarları ilə keçirilib.

Görüşdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bu il Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklərin edildiyini bildirib.  Qeyd olunub ki, bu dəyişikliklərin əsas məqsədi  sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf uçotun qurulmasıdır.

Nazir müavini vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərdən 1 aprel 2017-ci ildən, bütün digər vergi ödəyicilərdən isə 1 yanvar 2018-ci ildən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim olunması ilə bağlı Məcəlləyə yeni maddə əlavə olunduğunu bildirərək vurğulayıb ki, bu dəyişiklik sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmininə xidmət edəcək.

S.Ələkbərov ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun əhəmiyyətinə toxunaraq bildirib ki, bu qanun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılmasına, onların sərəncamında əlavə vəsaitlərin qalmasına, sahibkarlığın inkişafının stimullaşdırılmasına və daha əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir. Nazir müavini yaranmış borclar üzrə hesablanmış faizlərin və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən hesablanmış maliyyə sanksiyalarının tam silinəcəyini, digər maliyyə sanksiyaları üzrə isə müəyyən edilmiş şərtlər daxilində silinmələrin nəzərdə tutulduğunu bildirib, sahibkarları bu qanunun yaratdığı imkanlardan maksimum yararlanmağa çağırıb.

Görüşdə çıxış edən Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərin ətraflı izahını verib, bu dəyişikliklərin mahiyyəti və qanunun tətbiqi ilə bağlı məsələlər barədə vergi ödəyicilərini məlumatlandırıblar.

Görüş iştirakçıları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Sonda tədbirdə iştirak edən vergi ödəyicilərinin çoxsaylı sualları cavablandırılıb.

1news.az

 

Paylaş:
686

Son xəbərlər

Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59
Bütün xəbərlər