Azərbaycanlı milyarder Trampın qələbəsindən sonra 1,8 milyard dollar varlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanlı milyarder Trampın qələbəsindən sonra 1,8 milyard dollar varlanıb

11:10 - 10 / 01 / 2017
Azərbaycanlı milyarder Trampın qələbəsindən sonra 1,8 milyard dollar varlanıb

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanmasından sonra Rusiyanın ən zəngin insanları 29 mlrd. dollar varlanıb.

ABŞ-dakı prezident seçkilərindən sonra ən çox Gennadi Timçenko qazanc əldə edib. Ştatların yeni prezidentinin adı açıqlandıqdan sonra milyarderin sahibi olduğu "Novatek" şirkətinin səhmləri 16% bahalaşıb. Hazırda G. Timçenkoya məxsus 23%-lik səhm paketinin dəyəri hazırda 1,8 mlrd. dollar təşkil edir. "Forbes" G. Timçenkonun sərvətini 15,1 mlrd. dollar həcmində dəyərləndirir.

Rusiyanın ən zəngin insanı olan Leonid Mixelson da "Novatek" şirkətinin səhmdarıdır. ABŞ-dakı seçkilərdən sonra bu şəxs 1,9 mlrd. dollar varlanıb. Hazırda onun sərvəti 18,2 mlrd. dollar təşkil edir.

"Polad maqnatları" olan Aleksey Mordaşov və Vladimir Lısin isə D. Tramp prezident seçildikdən sonra müvafiq olaraq 1,6 mlrd. və 1,4 mlrd. dollar varlanıb. Maraqlıdır ki, V. Lısinin sərvəti seçkilərdən sonrakı 3 gün ərzində 830 mln. dollar artıb.

D. Trampın qələbəsi "Lukoil" şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərovu 1,8 mlrd. dollar varlandırıb. Onun uğurları neft bazarındakı radikal dəyişikliklərlə, konkret olaraq OPEC üzvləri və kartelə üzv olmayan ölkələr arasında neft hasilatının azaldılmasına dair əldə olunan razılaşma ilə əlaqədardır. "Forbes" yazır ki, həmin dövrdən etibarən "Lukoil" şirkətinin səhmləri 8% bahalaşıb. Ümumilikdə, 2016-cı il ərzində "Lukoil"in səhmləri 59% bahalaşma nümayiş etdirib.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-dakı prezident seçkilərindən sonra amerikalı milyarderlər sərvətini 2,8% artırdığı halda, rusiyalı milyarderlər 7,1% varlana bilib.

Forbes

Paylaş:
753

Son xəbərlər

FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53
Bütün xəbərlər