Daşınmaz əmlak ən sərfəli investisiya alətidir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Daşınmaz əmlak ən sərfəli investisiya alətidir

12:51 - 11 / 05 / 2016
Daşınmaz əmlak ən sərfəli investisiya alətidir

Bu yaxınlarda KİV-lərdə avstraliyalı 30 yaşlı milyoner Natan Berç haqqında maraqlı məlumat dərc edildi. O, ümumi dəyəri 50 milyon dollar olan daşınmaz əmlakın kirayəsindən ildə 3,5 milyon dollar gəlir əldə edir.

İlk mənzilini Natan Berç 18 yaşında 248 min dollara Sidney yaxınlığında alıb. Prian.ru portalının “Yahoo News” istinadən yaydığı xəbərə əsasən, Natan Berç bu zaman ildə 30 min dollar qazanırdı.

Natan Berç investorlara daşınmaz əmlakı orta bazar qiymətindən daha aşağı qiymətə, artım və inkişaf potensialı olan rayonlarda almağı tövsiyə edir.

Azərbaycanlı sərmayəçilər üçün Berçin tövsiyələrinin tətbiqi qeyri-real görsənə bilər. Azərbaycanda artıq stereotip formalaşıb ki, perspektivli ərazidə keyfiyyətli mənzilə əlverişli qiymətlərlə sahib olmaq mümkün deyil. Bu yaxınlarda yayımlanan məqalədə “AS Group İnvestment” Şirkətlər Qrupu artıq qeyd etmişdir ki, mənzilin şəhər kənarında yerləşməsi heç də onun ucuz olmasına və ya şəhər mərkəzində yerləşməsi baha olmasına dəlalət etmir. Belə ki, mərkəzə yaxın yerləşən “Renessans Palace” Yaşayış Kompleksində qiymətlər premium seqmentin orta qiymətindən daha aşağıdır.

Natan Berçin yuxarıda qeyd edilən tövsiyələrini yaşayış tipli daşınmaz əmlak alanların əksəriyyəti rəhbər tutur. Daşınmaz əmlak əməliyyatlarında varlanan Donald Tramp da bunu tövsiyə edir. Onun sözlərinə görə, varlı insanlar sərvətinin əksər hissəsini məhz daşınmaz əmlaka yatırıb. Təsadüfi deyil ki, “Savills”-in qiymətləndirməsinə görə, qlobal daşınmaz əmlakın dəyəri 217 trilyon dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu günədək hasil edilən qızılın cəmi dəyəri 6 trilyon dollardır.

Natan Berçə görə, daşınmaz əmlak almaq üçün yalnız sərfəli qiymətlər və yerləşmə yetərli deyil. O, belə hesab edir ki, mənzilin kirayəsindən əldə edilən gəlir ipoteka üzrə aylıq ödənişləri qarşılamalıdır. Bakının timsalında bu tövsiyəni nəzərdən keçirək. Biləcəri qəsəbəsində yeni tikilidə yerləşən, sahəsi 80 kv metr olan yaxşı və ya əla təmirli 2 otaqlı mənzilin aylıq kirayəsi 300 AZN təşkil edir. “20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən, sahəsi 70-80 kv metr təşkil edən analoji mənzilin aylıq kirayə haqqı 350-450 AZN arasında dəyişir. “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən, sahəsi 70-80 kv metr təşkil edən mənzillər üçün aylıq kirayə haqqı 500 AZN-dən başlayır. Əksər layihələrin 20 illik ipoteka və oxşar qiymətlər təklif etdiyini nəzərə alsaq, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən mənzilin daha yüksək kirayə haqqı hesabına ipoteka üzrə aylıq ödənişinin əhəmiyyətli hissəsini qarşılamaq olar.  

İpoteka daim cəmiyyətdə qızğın müzakirə mövzusu olub. Biznesin Qızıl Qanunu ipotekanın xeyrinə dəlalət edir: Bu gün alınan məbləğ, sabah alınan eyni məbləğdən daha çoxdur (Leonardo Pizanskiy, Fibonaççi, 1202-ci il). “AS Group İnvestment” ictimaiyyəti biznesin Qızıl Qanunu və ipoteka haqqında “Zaman məfhumu ipotekanı sərfəli investisiya alətinə çevirir” məqaləsində geniş məlumatlandırıb. Məqalənin mahiyyəti bundan ibarətdir ki, zaman pulu dəyərsizləşdirir. Deməli, bu gün almaq, sabah almaqdan daha sərfəlidir.

Siz sual verə bilərsiniz ki, nəyə görə məhz daşınmaz əmlak almaq lazımdır və nəyə görə məhz indi? Şübhəsiz, daşınmaz əmlakın qiymətinin artımı onu sərfəli investisiya alətinə çevirir. 2000-ci ildə Bakıda bir kvadrat metr mənzilin qiyməti 250 dollar təşkil edirdi. Hal-hazırda bir kvadrat metr mənzilin ortalama qiyməti 1429 manat təşkil edir (Mərkəzi Bankın cari məzənnəsinə əsasən 947 dollar). Beləliklə, 2000-2016-cı illərdə Bakıda bir kvadrat metr mənzilin qiyməti 380% artıb. Müqayisə üçün qeyd edək ki, bu müddət ərzində Moskvada bir kvadrat metrin qiyməti 300%, Londonda – 200%, Parisdə - 180% artıb. Bu şəhərlər yüksək investisiya cəlbediciliyinə malik olduğundan, burada yüksək qiymət artımı müşahidə olunmuşdur. Kiyevdə 2006-2016-cı illərdə bir kvadrat metrin qiyməti 30% azalıb.

1995-2010-cu illərdə Avropa ölkələrində daşınmaz əmlak üzrə qiymət artımı:

İsveçrə

Təxminən 10%

Avstriya

Təxminən 40%

Danimarka

300%-dən çox

Norveç

350%-dən çox

İsveç

300%-dən çox

Belçika

Təxminən 200%

Niderland

250%-dən çox

Bakının qiymət artımı templərinə görə bir çox ölkələri və şəhərləri qabaqlamasına tələbin əhəmiyyətli təsiri var. Belə ki, əgər Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, 2014-cü ildə Azərbaycanda adambaşına 19,9 kv m. mənzil düşürdüsə, Rusiyada bu rəqəm – 23,7 kv m., Çində - 32,9 kv m., Ukraynada – 24 kv m., ABŞ-da – 70 kv. metrdən çox olmuşdur. Azərbaycanın hətta Çinlə müqayisədə aşağı göstəricilərə malik olması yüksək tələbdən xəbər verir.  

Beləliklə, əgər siz mənzil almaq qərarını vermisinizsə, şəhərin, ərazinin, evin inkişaf perspektivlərini, satış şərtlərini dərindən araşdırmalısınız. Məsələn, “Renessans Palace” ilkin ödənişi 30% olan 2 illik faizsiz daxili kredit təklif edir. Həmçinin ilkin ödənişi – 10%, illik dərəcəsi – 8% olan 20 illik ipoteka imkanı da var. Qeyd edək ki, 20 illik ipotekanın şərtləri demək olar ki, bütün şirkətlərdə eynidir, məhz buna görə daxili kreditin şərtlərinə və qiymətlərə daha çox diqqət yetirmək lazımdır. 

Sonda qeyd edək ki, daşınmaz əmlakın digər investisiya alətləri qarşısında mühüm üstünlüyü “kvadrat metrlərin” fiziki mövcudluğudur. Donald Trampın sözlərinə görə, öz vəsaitlərinin əsas hissəsini məhz daşınmaz əmlakda saxlayan varlı adamlar çox güman ki, sərmayə qoyan zaman məhz bu arqumenti rəhbər tutur.

Paylaş:
1010

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər