Bakıda Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
İdman

Bakıda Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib - FOTO

22:39 - 13 / 09 / 2016
Bakıda Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib - FOTO

Milli Gimnastika Arenasında  42-ci Ümumdünya Şahmat Olimpiadasının  təntənəli bağlanış mərasimi keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, mərasimdə Azərbaycanın baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət rəsmiləri iştirak ediblər.

Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra qaliblər mükafatlandırılıb. Mərasimdə qalib komandaların şərəfinə dövlət himnləri səsləndirilib.

Çıxışlardan sonra FIDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasını bağlı elan edib.

Daha sonra 2018-ci ildə 43-cü Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək Batumi şəhəri ilə bağlı videoçarx nümayiş olunub.

Mərasim Gürcüstanın “Kaxaberi and Xanums” musiqi qrupunun və Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadənin çıxışı ilə davam edib.

Qeyd edək ki,  sentyabrın 2-dən start götürən və Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşən Olimpiadada 175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparıb. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan bu Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunub.

Kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını qazanıb.   Ukrayna  ikinci yeri, Rusiya millisi isə üçüncü yeri tutub. Azərbaycanın əsas komandası 15 xalla yarışı 12-ci sırada tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.

Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.

1news.az

 

Paylaş:
864

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər