Bakı Şahmat Olimpiadasının IX turunun təqvimi | 1news.az | Xəbərlər
İdman

Bakı Şahmat Olimpiadasının IX turunun təqvimi

17:07 - 11 / 09 / 2016
Bakı Şahmat Olimpiadasının IX turunun təqvimi

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının sentyabrın 11-də saat 15:00-da start verilən IX turunda kişilərdən ibarət əsas millimiz Rusiya yığması ilə qarşılaşacaq. İkinci komandamız Vyetnam, üçüncü yığmamız isə Honduras millisi ilə üz-üzə gələcək.

1news.az xəbər verir ki, qadınlardan ibarət əsas yığmamız isə IX turda Ukrayna üz-üzə gələcək. İkinci komandamız Fransa, üçüncü yığmamız isə Əlcəzair ilə görüşəcək.

Səkkiz turdan sonra hesabında 13 xal olan kişilərdən ibarət əsas komandamız turnir cədvəlində beşinci sırada qərarlaşıb. İkinci yığmamız 11 xalla 19-cu, üçüncü komandamız isə 8 xalla 76-cı pillədədir. Turnir cədvəlinə hər birinin hesabında 14 xal olan ABŞ, Hindistan və Ukrayna komandaları başçılıq edirlər. Azərbaycanın əsas komandası ilə eyni xal toplayan Rusiya dördüncü, Norveç isə altıncı pillədədir.

Qadınların yarışında isə Azərbaycanın əsas komandası 12 xalla 10-cu pillədədir. On bir xal toplayan ikinci komandamız 18-ci, üçüncü yığmamız isə 10 xalla 28-ci sıradadır. Qadınların yarışında Çin və ABŞ şahmatçıları 14 xalla birinci və ikinci yerləri bölüşdürürlər. Aktivlərində 13 xal olan Polşa və İsrail 3-4-cü yerlərdə qərarlaşıb.

1news.az

Paylaş:
871

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər