“Azəryol”dan asan qələbə, “Telekom” tay-brekdə üstün oldu | 1news.az | Xəbərlər
İdman

“Azəryol”dan asan qələbə, “Telekom” tay-brekdə üstün oldu

22:46 - 06 / 12 / 2016
“Azəryol”dan asan qələbə, “Telekom” tay-brekdə üstün oldu

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının V turu çərçivəsində iki oyun keçirilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, turun mərkəzi oyununda “Telekom” və “Azərreyl” komandaları qarşılaşıblar.

Gərgin keçən oyunun ilk hissəsi rabitəçilərin xeyrinə başa çatıb - 25:19. İkinci setdə təşəbbüsü ələ alan dəmiryolçular hesabı bərabərləşdirməyə nail olublar - 25:15. Üçüncü setdə “Azərreyl” 25:23 hesabı ilə qalib gəlib. Dördüncü set isə eyni hesabla "Telekom" voleybolçularının xeyrinə nəticələnib. Beləliklə, matçın taleyi tay-brekdə həll olunub. Daha dəqiq oynayan rabitəçilər 16:14, ümumi hesabda isə 3:2 hesabı ilə qalib gəliblər.

Digər oyunda isə “Azəryol” klubu “Lokomotiv” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı asan qələbəsi ilə yekunlaşıb (25:8, 25:9, 25:11).

Bu turdan sonra xallarının sayını 15-ə çatdıran "Telekom" turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Azərreyl” 13 xalla ikinci, “Azəryol” 11 xalla üçüncü pillədə yer alıb. Aktivində 3 xal olan “Lokomotiv” isə dördüncü yerdə qərarlaşıb.

1news.az

Paylaş:
947

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər