İkiqat Avropa çempionu həbs edildi - FOTO | 1news.az | Xəbərlər
İdman

İkiqat Avropa çempionu həbs edildi - FOTO

13:30 - 19 / 10 / 2016
İkiqat Avropa çempionu həbs edildi - FOTO

Azərbaycanda məşhur idmançı həbs olunub.

1news.az AzPolitika.info-ya istinadən xəbər verir ki, I Avropa Oyunlarında karate üzrə yarışları idarə etmiş hakimlərdən biri, karatenin şotokan və vaderu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi Renad Əliyev satış məqsədilə narkotik maddələri saxlamaq ittihamı ilə bugünlərdə saxlanılıb.

Renad Əliyev özünü Təfəkkür Universitetinin keçmiş prorektoru kimi təqdim edən və hazırda Avropada yaşayan, sosial şəbəkələrdə Azərbaycan rəhbərliyinə daxil olan şəxslərlə bağlı təhqiramiz yazılar paylaşan Riyad Əliyevin qardaşıdır.

Maraqlıdır ki, Renad Əliyev və anası Kifayət Əliyeva bir müddət əvvəl mətbuata müraciət edərək, Riyad Əliyevdən imtina etdiklərini bəyan etmişdilər:

“Biz – Əliyeva Kifayət Mirzə qızı və Əliyev Renad Mahir oğlu bəyan edirik ki, uzun müddətdir ailəmizlə əlaqəsi olmayan 1975-ci il təvəllüdlü Əliyev Riyad Mahir oğlundan rəsmi şəkildə imtina edirik. Ailəmiz onun böhtançı və iftiraçı fikirlərini bölüşmür. Xaricdə oturaraq, Prezidentimizə və dövlətimizə böhtan və şər atır. Onun bu alçaq, sərsəm və axmaq fikirləri sübut edir ki, o, ruhi xəstədir”, - deyə onların bəyanatında bildirilirdi.

Qeyd edək ki, Riyad Əliyev barəsində Təfəkkür Universiteti rəhbərliyinin şikayəti əsasında cinayət işi açılıb. İnterpolun saytında yerləşdirilən məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

1news.az

Paylaş:
1258

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər