2019-cu il Avropa Oyunlarını keçirməyə əsas namizəd şəhərin adı açıqlanıb | 1news.az | Xəbərlər
İdman

2019-cu il Avropa Oyunlarını keçirməyə əsas namizəd şəhərin adı açıqlanıb

16:14 - 24 / 09 / 2016
2019-cu il Avropa Oyunlarını keçirməyə əsas namizəd şəhərin adı açıqlanıb

Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsinin (İK) Slovakiyanın paytaxtı Bratislavada keçirilən iclasında əsas müzakirə mövzusu II Oyunların məkanı ilə bağlı olub.

1news.az “Report”a istinadən xəbər verir ki, haqqında Braziliyada davam edən məhkəmə araşdırması ilə əlaqədar EOC prezidenti Patrik Hikki iclasa qatılmayıb.

O, istintaq yekunlaşanadək bütün vəzifələrindən uzaqlaşıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin də üzvü olduğu İK iclasına sədrliyi Yanes Kosyançiç edib. O bildirib ki, 2019-cu il Avropa Oyunları EOC-un mütləq prioritetidir. Bu məsələ ilə bağlı yekun qərarın 21-22 oktyabrda Belarusun paytaxtı Minskdə keçiriləcək EOC-un Baş Assambleyasında verilməsinə dair yekdil razılıb əldə olunub. "İnside the Games" nəşri II Avropa Oyunlarını keçirməyə əsas favoritin elə Minsk olduğunu yazıb. Amma 2019-cu ildə Belarus paytaxtı Gənclərin Avropa Olimpiya Festivalına ev sahibliyi etməlidir. Minskin eyni ildə iki böyük yarışa təşkilatçılığı isə inandırıcı görünmür.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ilin 12 - 28 iyununda Bakıda keçirilib.

1news.az

Paylaş:
749

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər