Rio-de-Janeyroda XV Yay Paralimpiya Oyunları başa çatıb | 1news.az | Xəbərlər
İdman

Rio-de-Janeyroda XV Yay Paralimpiya Oyunları başa çatıb

21:52 - 18 / 09 / 2016
Rio-de-Janeyroda XV Yay Paralimpiya Oyunları başa çatıb

Brazilyanın paytaxtı Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.

Milli Paralimpiya Komitəsindən 1news.az-a verilən məlumata görə, Azərbaycan 6 idman növündə, 22 idmançı və 2 liderlə təmsil olunub.

Onlardan 11 nəfəri ilk dəfə olaraq Paralimpiya Oyunlarında iştirak edənlərdir. Milli komandamız uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.

Paralimpiya Oyunlarında 170-dək ölkədən 4000-dən çox idmançı iştirak edib. Onlardan yalnız Azərbaycan da daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib.  

Paralimpiya yığmamız medalların ümümi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri arasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

XV Yay Paralimpiya Oyunlarında Pekin Oyunlarına nisbətən 1 medal çox, London Oyunlarına nisbətən isə 1 medal az qazanılmışdır. Lakin, London Paralimpiya Oyunlarında 7 idmançı mükafatçılar sırasına düşmüşdürsə, Rio-da 8 atletimiz bayrağımızı qaldırdı. Bu oyunlarında ilk dəfə olaraq 5 qadın idmançı iştirak etdi və  ümumilikdə 4 medal qazandı.

Paralimpiyaçılarımız idmançıların sayına görə qazanılmış medalların faiz nisbətində də uğurlu nəticə göstərib. İdmançıların sayına görə qazandığı medalların səmərəlilik kafisenti 50% təşkil etmiş və nəticədə bu göstəriciyə görə komandamız ilk pillələrdə yer almışdır.

İki idmançımız Rio-da yeni rekordlara da imza atıb. Belə ki, F-12 kateqoriyasında İradə Əliyeva nizə atma yarışında (42.58 ) Paralimpiya rekordunu, Yelena Çebanu isə 100 metr məsafəyə qaçışda (11.71) Avropa rekordunu yeniləyiblər.

Sevindirici haldır ki, 8 mükafatçıdan 7-i Paralimpiya Oyunlarında ilk dəfə medal qazanıb. Bu da, Milli Paralimpiya Komitəsinin 20 illik fəaliyyəti dövründə ehtiyat qüvvələrin hazırlanması istiqamətində gördüyü işlərin müsbət nəticəsidir və  XVI Tokyo Yay Paralimpiya Oyunlarında daha yüksək nailiyyətlər əldə etməsinə zəmin yaradır.

Qeyd edək ki, idmançılarımız 20 il ərzində, 6 Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla, 38 medal əldə ediblər. Rio-da Ramil Qasımovun qızıl medal əldə etməsi ilə Azərbaycanın Paralimpiya tarixində yeni bir səhifə açıldı. Belə ki, Paralimpiya çempionlarımızın sayı  7-ə yüksəldi. Onlardan iki nəfər iki qat Paralimpiya çempionu və üç qat paralimpiya mükafatçılarıdır.

Xatırladaq ki, Azərbaycan Milli Komandasının kapitanı və bayraqdarı İlham Zəkiyev, ilk dəfə olaraq XV Yay Paralimpiya Oyunlarının açılış mərasiminə milli geyimdə çıxmışdı. Bu da, Marakana stadionuna toplaşmış on minlərlə tamaşaçının böyük marağına səbəb olmuşdu.

1news.az

Paylaş:
1050

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər