Güləşçilərimiz bu il 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıblar | 1news.az | Xəbərlər
İdman

Güləşçilərimiz bu il 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıblar

18:27 - 23 / 12 / 2016
Güləşçilərimiz bu il 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıblar

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.

Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, yığma komandalarımızın üzvləri 2016-cı ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Olimpiya Oyunları, Avropa və Dünya çempionatlarında 17 qızıl, 23 gümüş, 46 bürünc olmaqla toplam 86 medal qazanıb. Son 8 ilə nəzər saldıqda rəsmi yarışlarda güləşçilərimizin nailiyyətlərinin artan templə davam etdiyini görürük. Belə ki, 2009-cu ildə 47, 2010-cu ildə 66, 2011-ci ildə 67, 2012-ci ildə 71, 2013-cü ildə 70, 2014-cü ildə 65, 2015-ci ildə 82 medal qazansa da 2016-cı ildə bu rəqəm 86-ya yüksəlib. 

Böyüklər

İlin əvvəlində Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan güləşçilərimiz ili uğurla başlayıb. Yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü nəticə göstərib. 

Braziliyanın Rio-de-Janeyro şəhərində keirilən XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar və 9 medal (3 gümüş və 6 bürünc) qazanmaqla güləş tarixində yeni bir səhifə yazıblar. Sərbəst güləşçilərimiz 6 idmançıya 5 medal qazanaraq medal sayına görə bütün komandaları qabaqlayıb. 

Makedoniyanın Skopye şəhərində keçirilən hərbçilərin Dünya çempionatını pəhləvanlarımız 2 qızıl, 4 gümüş və 3 bürünc medalla tamamlayıb. Yunan-Roma güləşçilərimiz komanda hesabında dünya ikincisi olub. 

İlin sonunda Macarıstanın paytaxtı Budapeştdə tarixdə ilk dəfə keçirilən qeyri-Olimpiya çəki dərəcələri üzrə Dünya çempionatını da güləşçilərimiz üçün uğurlu hesab etmək olar. Bir çox aparıcı güləş ölkələrinin medal qazana bilmədiyi Dünya çempionatını hər növdə iki idmançı ilə təmsil olunan yığmamız 2 bürünc medalla tamamlayıb. 

U-23

Bolqarıstanın Ruse şəhərində tarixdə ikinci dəfə keçirilən 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatını komandamız 3 qızıl, 4 gümüş və 6 bürünc medalla tamamlayıb və ötənilki nəticəni (9 medal) daha da yaxşılaşdırıb. 

Gənclər 

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatıbda pəhləvanlarımız ümumilikdə 12 medala (5 qızıl, 2 gümüş, 5 bürünc) sahib olublar. Həm sərbəst, həm də yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü nəticə göstərib. 

Fransanın Makon şəhərində keçirilən Dünya çempionatında Azərbaycan yığması  8 (2 qızıl, 1 gümüş və 5 bürünc)medal qazanıb. Sərbəst güləşçilərimiz komanda hesabında dünya ikincisi olub.

Yeniyetmələr

2016-cı il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Belə ki, pəhləvanlarımız İsveçin paytaxtı Stokholm şəhərində təşkil edilən Avropa çempionatında 15 (1 qızıl, 4 gümüş və 10 bürünc)medal qazanıb (ötən il bu rəqəm 9 olub), sərbəst güləşçilərimiz komanda hesabında ikinci olub. 

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Dünya çempionatında isə güləşçilərimiz 10 (2 qızıl, 3 gümüş və 5 bürünc) medal qazanıblar. Komanda hesabında yunan-Roma güləşçiləri ikinci, sərbəst güləşçilər isə 3-cü nəticə göstərib. 

Bundan başqa, yığma komandalarımız bu il 9-cu dəfə keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi (7 qızıl, 3 gümüş və 7 bürünc medal) də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 169 medal qazanıb. Bu medalların 45-nin əyarı qızıl, 38-i gümüş və 86-nın əyarı isə bürünc olub.

Beləliklə, 2016-cı il ərzində güləşçilərimiz 255 (62 qızıl, 61 gümüş, 132 bürünc) medal qazanıb. Bu medallardan 84-ü yeniyetmə, 55-i gənc güləşçilərin payına düşür. U-23 Avropa çempionatında 13 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 103 medala sahib olub. İl ərzində əldə etdiyimiz medalların 130-nu sərbəst, 94-nü yunan-Roma güləşçiləri qazanıb, 31 medal isə qadın güləşçilərin payına düşüb. 

Qarşıdan gələn 2017-ci il idmançılarımız üçün növbəti məsuliyyətli bir təqvim ili olacaq. Belə ki, ölkəmiz 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək və güləşçilərimizin qarşısında bu yarışda da uğurlu çıxış etmək, bu günə qədər qazanılan nailiyyətlərin sırasına yenilərini əlavə etmək məqsədi durur.

1news.az

Paylaş:
1006

Son xəbərlər

Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22
Bütün xəbərlər