Qadın güləşçilərimiz Bakıda keçirilən turnirdə üç medal qazanıblar | 1news.az | Xəbərlər
İdman

Qadın güləşçilərimiz Bakıda keçirilən turnirdə üç medal qazanıblar

20:24 - 25 / 11 / 2016
Qadın güləşçilərimiz Bakıda keçirilən turnirdə üç medal qazanıblar

Noyabrın 25-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində ikinci gününün qalibləri müəyyənləşib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, 50-dən çox ölkədən 700-dək pəhləvanın mübarizə apardığı yarışın ikinci günündə qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Azərbaycan güləşçiləri yarışı bir gümüş və iki bürünc medalla başa vurublar. Güləşçilərimizdən Tatyana Omelçenko (60 kq) finala qədər inamla irəliləyib. Ancaq güləşçimiz final görüşündə Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıblar. Yığma komandamızın üzvlərindən Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) bürünc medal uğrunda görüşləri uduzaraq beşinci yerdə qərarlaşıblar.

Turnirin birinci günündə Azərbaycanın sərbəst güləşçiləri 3 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar.

1news.az

Paylaş:
858

Son xəbərlər

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29
Bütün xəbərlər