Güləş üzrə yığma komandaların məşqçilər korpusunda dəyişiklik edilib | 1news.az | Xəbərlər
İdman

Güləş üzrə yığma komandaların məşqçilər korpusunda dəyişiklik edilib

20:52 - 06 / 11 / 2016
Güləş üzrə yığma komandaların məşqçilər korpusunda dəyişiklik edilib

Güləş üzrə Azərbaycan yığma komandalarının məşqçilər korpusunda dəyişiklik edilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Qurumun birinci vitse-prezidenti Namiq Əliyevin imzaladığı əmrə əsasən, yunan-Roma güləşi üzrə böyüklərin komandasının baş məşqçi əvəzi Akif Əliyev, böyük məşqçisi İlqar Abdulov, məşqçisi isə Nurəddin Rəcəbov olub.

Gənclərin komandasında böyük məşqçi vəzifəsini Şaban Donat yerinə yetirəcək. Məşqçi vəzifəsinə Zöhrab Abbasov və Turac Hüseynli təyin olunublar.

Yeniyetmələrin yığmasına isə Bəhram Mürvətov böyük məşqçilik edəcək. İslam Cəfərov və Fuad Alıyev isə məşqçi vəzifəsini yerinə yetirəcəklər.

Kiçik yaşlı yeniyetmələrin böyük məşqçisi Əfsər Namazəliyev, məşqçisi isə Rasim Ağayevdir.

Böyüklərdən ibarət sərbəst güləş komandasının baş məşqçi əvəzi Firdovsi Umudov təyin olunub. Böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubov seçiliblər.

Gənclərin böyük məşqçisi Saypulla Absaidov, məşqçisi Rövşən Hacıyev, yeniyetmələrin böyük məşqçisi Əsgərxan Novruzov, məşqçiləri isə Vahid Məmmədov və Yaşar Əliyev təyin ediliblər.

Kiçik yaşlı yeniyetmələrin məşqçisi vəzifəsinə Mehman Nəcəfov və Elşad Allahverdiyev seçiliblər.

Böyüklərdən ibarət qadın güləşçilərin millisinin baş məşqçisi vəzifəsində dəyişiklik olmayıb. Komandaya yenidən Semyon Çterev rəhbərlik edəcək. Böyük məşqçi Aslan Ağayev, məşqçi isə Rövşən Umudov təyin olunub.

Gənclər və yeniyetmələrin böyük məşqçisi vəzifəsi Nazim Əlicanova həvalə olunub. Ona Həsrət Məmmədyarov və İsaməddin Hüseynov kömək edəcəklər.

1news.az

Paylaş:
933

Son xəbərlər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:53
Bütün xəbərlər