“Olimpiakos” və “Napoli” qrupda oynayacaq, “Başakşəhər” Avropa Liqasına yollandı | 1news.az | Xəbərlər
Futbol

“Olimpiakos” və “Napoli” qrupda oynayacaq, “Başakşəhər” Avropa Liqasına yollandı

10:22 - 23 / 08 / 2017
“Olimpiakos” və “Napoli” qrupda oynayacaq, “Başakşəhər” Avropa Liqasına yollandı

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

1news.az-ın məlumatına görə, dünən axşam keçirilən ilk oyun günündə 5 qarşılaşma baş tutub.

Günə “Astana” – “Seltik” oyunu ilə start verilib. Səfərdə keçirdiyi birinci görüşdə 0:5 hesabı ilə uduzan Qazaxıstan təmsilçisi öz meydanında 4:3 hesablı qələbə qazansa da, iki oyunun nəticəsinə görə mübarizəni dayandırmalı olub.

Eyni aqibəti Türkiyənin “Başakşəhər” komandası da yaşayıb. Belə ki, evdə “Sevilya”ya 1:2 hesabı ilə uduzan Türkiyə təmsilçisi səfərdə 2:2 hesablı heç-heçə edərək Çempionlar Liqası ilə vidalaşıb. Abdullah Avcının komandası mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. 

“Seltik” və “Sevilya” ilə yanaşı, “Olimpiakos”, “Maribor” və “Napoli” klubları da adlarını ÇL-in qrup mərhələsinə yazdırıb.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

22 avqust

“Astana” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) - 4:3

Qollar: Ayer, 26 (avtoqol); Mujikov, 48; Tvumasi, 49, 69 - Sinkleyr, 34; Ntçam, 80; Qriffits, 90

İlk oyun – 0:5

 

“Riyeka” (Xorvatiya) – “Olimpiakos” (Yunanıstan) - 0:1

Qol: Marin, 25

İlk oyun – 1:2

 

“Maribor” (Sloveniya) – “Hapoel” (Beyer-Şeva, İsrail) - 1:0

Qol: Viler, 15

İlk oyun - 1:2

 

“Sevilya” (İspaniya) – “Başakşəhər” (Türkiyə) - 2:2

Qollar: Eskudero, 52; Ben Yedder, 75 - Elia, 17; Viska, 83

İlk oyun - 2:1

 

“Nitsa” (Fransa) – “Napoli” (İtaliya) - 0:2

Qollar: Kalyexon, 48; İnsinye, 89

İlk oyun - 0:2

 

Babək Cahandarov

Paylaş:
727

Son xəbərlər

Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06
Bütün xəbərlər