“El-Klasiko”: “Real” Barselonadan qələbə ilə dönür – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“El-Klasiko”: “Real” Barselonadan qələbə ilə dönür – VİDEO

10:21 - 14 / 08 / 2017
“El-Klasiko”: “Real” Barselonadan qələbə ilə dönür – VİDEO

İspaniyada mövsümün ilk “El-Klasiko”su baş tutub.

1news.az-ın məlumatına görə, “Real” və “Barselona” İspaniya Superkubokunda üz-üzə gəlib.

Barselonada keçirilən ilk qarşılaşma Ernesto Valverdenin meydan sahiblərinin baş məşqçisi postunda debütü ilə əlamətdar olub. Lakin Zinəddin Zidan və komandası həmkarının “siftə”sini korlayıb.

Oyunda ilk qolu “Barselona”nın oyunçusu vursa da sevinən tərəf rəqib komanda olub. Belə ki, 50-ci dəqiqədə Pike avtoqola imza atıb. 77-ci dəqiqədə Lionel Messi 11 metrlik cərimə zərbəsi ilə tarazlığı bərpa edib – 1:1.

Bu qoldan üç dəqiqə sonra Kristiano Ronaldo komandasını hesabda irəli çıxardıb və qolunu qeyd edərkən formasını çıxartdığı üçün sarı vərəqə alıb.

Görüşün 82-ci dəqiqəsində simulyasiya etdiyi üçün ikinci sarı vərəqə alan portuqaliyalı ulduz görüşün hakimi tərəfindən meydandan qovulub.

Azlıqda qalmasına baxmayaraq oyunda vurulan növbəti qol da Madrid təmsilçisindən gəlib. Belə ki, görüşün sonuncu dəqiqəsində rəqib qapısına yol tapan Asensio “Real”ın 3:1 hesablı qələbəsini rəsmiləşdirib.

Beləliklə, səfərdə 3:1 hesablı qələbə qazanan “Real” avqustun 16-da evdə keçiriləcək qarşılaşma öncəsi böyük üstünlük əldə edib.

İspaniya Superkuboku

İlk oyun

13 avqust

“Barselona” – “Real” – 1:3

Qollar: Messi, 77-pen. // Pike, 50-öz qapısına, Ronaldo, 80, Asensio, 90

Babək Cahandarov

Paylaş:
805

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər