“Forbes” dünyanın ən bahalı 20 futbol klubunun adını açıqlayıb | 1news.az | Xəbərlər
Futbol

“Forbes” dünyanın ən bahalı 20 futbol klubunun adını açıqlayıb

13:31 - 08 / 06 / 2017
“Forbes” dünyanın ən bahalı 20 futbol klubunun adını açıqlayıb

Dünyanın məşhur nəşrlərindən olan “Forbes” jurnalı ən bahalı 20 klubun siyahısını açıqlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, siyahıya İngiltərənin “Mançester Yunayted” klubu başçılıq edir. Klub 3 milyard 689 milyon dollar dəyərində qiymətləndirilir. 2015-2016-cı il mövsümündə klubun gəlirləri 765 milyon dollar təşkil edib.

İkinci yerdə “Barselona” (3,635 milyard dollar), üçüncü sırada isə “Real Madrid” (3,58 milyard dollar) klubları qərarlaşıblar. Hər iki klubun göstərilən dövrdə illik gəliri 688 milyon dollar olub.

“Bavariya” (2,713 milyard dollar) siyahıda dördüncü, “Mançester Siti” (2,083 milyard dollar) isə beşincidir. Almaniya təmsilçisi 2015-2016-cı il mövsümündə büdcəsinə 657 milyon, İngiltərə klubu isə 583 milyon dollar gəlir əlavə edib.

Ümumilikdə 20 klubun 8-i İngiltərəyə məxsusdur. Hesabat dövründə - 2015-2016-cı il mövsümündə çempion olan “Lester Siti” 19-cu sırada qərarlaşıb. Bu klubun ümumi dəyəri 413 milyon dollardır.

Klublardan üçü İspaniyanı, üçü Almaniyanı, beşi İtaliyanı, biri isə Fransanı təmsil edir.

Babək Cahandarov

Paylaş:
958

Son xəbərlər

Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37
Bütün xəbərlər