“Mançester Yunayted”dən səfər qələbəsi, “Selta” işini çətinə saldı – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Mançester Yunayted”dən səfər qələbəsi, “Selta” işini çətinə saldı – VİDEO

09:38 - 05 / 05 / 2017
“Mançester Yunayted”dən səfər qələbəsi, “Selta” işini çətinə saldı – VİDEO

UEFA Avropa Liqasında yarımfinal mərhələsində ikinci oyun keçirilib.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, bir gün qabaq baş tutan “Ayaks” – “Lion” görüşündən (4:1) sonra “Selta” və “Mançester Yunayted” final üçün mübarizə aparıblar.

Qrup mərhələsində “Ayaks”dan sonra ikinci olan La Liqa təmsilçisi daha sonra Donetsk “Şaxtyor”u (0:1, 2:0), “Krasnodar” (2:1, 2:0) və “Genk”i (3:2, 1:1) mübarizədən kənarlaşdırıb.

“Mançester Yunayted” isə A qrupunda ikinci olduqdan sonra 1/16 finalda “Sent-Etyen” (3:0, 1:0), 1/8-də “Rostov” (1:1, 1:0), 1/4-də isə “Anderlext”i (1:1, 2:1) üstələyib.

“Selta” La Liqada hazırda 11-ci pillədə qərarlaşıb. Komanda Primeronun XXXV turunda öz meydanında “Atletik”ə 0:3 hesabı ilə uduzub. “Mançester Yunayted” isə Premyer Liqada 5-ci pillədədi. “Mankunianlar” İngiltərə çempionatının XXXV turunda “Suonsi” ilə heç-heçə (1:1) oynayıblar. Joze Mourinyonun komandasının uzun müddətə sıradan çıxan Zlatan İbrahimoviçsiz hansı nəticəyə imza atacağı maraqla gözlənilirdi.

Gözlənildiyi kimi isveçlinin yoxluğunda "qırmızı şeytanlar" hücumda çətinliklərlə üzləşiblər. Səfərdə oynamasına baxmayaraq, üstün tərəf olan ingilislər hesabı açmaqda çətinlik çəkiblər. Matçın taleyini isə tək qol həll edib. Markus Reşford komandasına qələbə qazandırıb.

Bu nəticə ilə səfərdən üstün dönən "Mançester Yunayted" cavab qarşılaşması öncəsi finala yaxın tərəfdi.

Avropa Liqası

Yarımfinal mərhələsi, ilk oyun

4 may

“Selta” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 0:1

Qol: Reşford, 67

Baş hakim: Sergey Karasyov (Rusiya)

Babək Cahandarov

Paylaş:
719

Son xəbərlər

Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29
Bütün xəbərlər