Avropa Liqası: “Beşiktaş”ı üzən qələbə, “Mançester Yunayted” əlavə vaxtda sevindi | 1news.az | Xəbərlər
Futbol

Avropa Liqası: “Beşiktaş”ı üzən qələbə, “Mançester Yunayted” əlavə vaxtda sevindi

09:56 - 21 / 04 / 2017
Avropa Liqası: “Beşiktaş”ı üzən qələbə, “Mançester Yunayted” əlavə vaxtda sevindi

Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

1news.az-ın məlumatına görə, dünən axşam baş tutan 4 görüşdən sonra yarımfinalçıların adına aydınlıq gəlib.

Belçikanın “Genk” klubu doğma arenada İspaniya “Selta”sını qəbul edib. İlk səfər oyunuda minimal hesabla məğlub “Genk” rəqibi ilə qollu bərabərliyə qalıb və iki oyunun nəticəsinə görə mübarizəni dayandırmalı olub.

Belçikanın digər təmsilçisi “Anderlext” isə turnirin əsas favoriti “Mançester Yunayted”lə səfər oyununa yollanıb. Bu oyunda da əvvəlki matçda olduğu kimi əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Uzatma dəqiqələrdə daha bir qol vuran “qırmızı şeytanlar” adını yarımfinala yazdırıblar.

Almaniyanın “Şalke” klubu isə cavab oyununu evdə keçirib. Səfərdə keçirdiyi ilk oyunda “Ayaks”a 0:2 hesabı ilə məğlub olan alman klubu revanş götürməyə yaxın olsa da bunu bacarmayıb.

Belə ki, matçın əsas vaxtı meydan sahiblərinin üstünlüyü ilə tamamlanıb - 2:0. Uzatma dəqiqələrində almanlar daha bir qol vursalar da, özündə güc tapan hollandlar iki qol vuraraq görüşün taleyini öz xeyirlərinə həll ediblər.

Türkiyənin Avroliqadakı yeganə təmsilçisi “Beşiktaş” doğma arenada “Lion”la həlledici oyuna çıxıb. Əvvəlki oyunda olduğu kimi bu dəfə də görüşün əsas vaxtı 2:1 hesabı ilə başa çatıb. Belə ki, ilk oyunda fransızlar qalib gəlmişdilərsə, bu dəfə türklər eyni hesabla üstün olub. Buna görə də oyuna əlavə vaxt təyin olunub.

Əlavə vaxtda qapılara qol vurulmayınca qalibi penalti vuruşları bəlli edib. Burada isə “Lion” futbolçuları daha dəqiq oynayaraq (7:6) adlarını yarımfinala yazdırıblar.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

20 aprel

“Genk” (Belçika) – “Selta” (İspaniya) - 1:1

Qollar: Trossard, 67 - Sisto, 64

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Genk. “Luminus Arena”

İlk oyun – 2:3

“Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika) - 2:1

Qollar: Mxitaryan, 10, Reşford, 107 (əlavə vaxtda) - Hanni, 32

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Mançester. “Old Trafford” stadionu

İlk oyun – 1:1

“Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya) - 3:2

Qollar: Qoreçka, 53, Burqstaller, 56, Kaliquri, 101 (əlavə vaxtda) - Virgever, 111 (əlavə vaxtda), Yunus, 120 (əlavə vaxtda)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Gelzenkirhen. “Veltins Arena”

İlk oyun – 0:2

“Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa) - 2:1 ( 6:7 penaltilər)

Qollar: Talişça, 27, 58 - Lakazette, 34

Baş hakim: Milorad Maziç (Serbiya)

İstanbul. “Vodafon Arena”

İlk oyun – 1:2

Babək Cahandarov

 

Paylaş:
744

Sizin üçün xəbərlər

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib07 / 05 / 2024, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib07 / 05 / 2024, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildi07 / 05 / 2024, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi07 / 05 / 2024, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEO07 / 05 / 2024, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib07 / 05 / 2024, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİB07 / 05 / 2024, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir07 / 05 / 2024, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb07 / 05 / 2024, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB07 / 05 / 2024, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEO07 / 05 / 2024, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib07 / 05 / 2024, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilib07 / 05 / 2024, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB07 / 05 / 2024, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib07 / 05 / 2024, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib07 / 05 / 2024, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki hava07 / 05 / 2024, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb07 / 05 / 2024, 14:59
Bütün xəbərlər