Renat Dadaşov millimizə 1 milyon dollara görə gəlib - sensasiyalı iddia | 1news.az | Xəbərlər
Futbol

Renat Dadaşov millimizə 1 milyon dollara görə gəlib - sensasiyalı iddia

15:46 - 25 / 03 / 2017
Renat Dadaşov millimizə 1 milyon dollara görə gəlib - sensasiyalı iddia

Almaniyanın “Bild” qəzeti millimizin futbolçusu Renat Dadaşovla bağlı sensasiyalı xəbər dərc edib.

1news.az qol.az-a istinadən xəbər verir k, yazıda iddia edilib ki, AFFA 17 yaşlı futbolçunu Azərbaycan yığmasına cəlb etmək üçün ona 1 milyon dollar və ev verib.

Məhz bundan sonra futbolçunun millimizdə oynamaq təkifini qəbul etdiyi bildirilib.

Xatırladaq ki, AFFA-nın təklifini qəbul edənə qədər R.Dadaşov Almaniyanın U-17 komandasında çıxış edib.

R.Dadaşov Azərbaycan millisin seçməsini doğma vətənə sevgisi ilə əlaqələndirib. Amma “Bild” qəzeti yazır ki, o, əslində bu seçimi pula görə edib:

“Ona 1 milyon dollara yaxın – 930 min avro və ev təklif edilib. Bundan sonra o, Azərbaycandan gələn təklifi qəbul edib”.Yazıda həmçinin bildirilib ki, pul bu yeniyetmə futbolçunun həyatında önəmli rol oynayıb: “O, “Ayntraxt”ın tərkibində U-15 komandaları arasında çempion olduqdan sonra “Leypitsq”dən gələn təklifi qəbul etdi. Axı, 14 yaşlı futbolçuya bir ayına 2500 avro təklif etmişdilər. Amma “Leypitsq”də o xoşbəxt deyildi. Hücumçunun artıq U-19 komandasında çıxış edərkən baş məşqçi Akim Byerlorzerlə münaqişəsi yaranmışdı. Çünki o, internat məktəbə gələrkən ətrafa 100 avroları səpməsini videoya çəkib WhatsApp-da paylaşması ilə qürurlanırdı”.

“Bild” yazıb ki, Renat Dadaşovun “Leypitsq”dən “Aytraxt”a keçməsi onun intizamsız davranışları ilə bağlı olub:

“O, gecə elektrik plitədə yarımfabrikatlar hazırlayaraq onu komanda yoldaşlarına satıb. Amma “Ayntraxt” onun istedadına inandığı üçün təzədən qəbul etdi. Hələ ki, o, komandasının ümidlərini doğruldur. Renat "Ayntraxt"da 7 oyuna 5 qol vura bilib”.

1news.az

Paylaş:
778

Son xəbərlər

Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14
Bütün xəbərlər