Tomas Müller: “Azərbaycan ciddi rəqibdir” | 1news.az | Xəbərlər
Futbol

Tomas Müller: “Azərbaycan ciddi rəqibdir”

13:26 - 25 / 03 / 2017
Tomas Müller: “Azərbaycan ciddi rəqibdir”

“Özümüzü çox güclü və rəqibi zəif hesab etmək bizə başucalığı gətirməz”.

1news.az apasport.az-a istinadən xəbər verir ki, bunu Almaniya yığmasının hücumçusu Tomas Müller deyib.

Bundestim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq. Qarşılaşma ilə bağlı Almaniya mətbuatına danışan Müller komandamıza hörmətlə yanaşdıqlarını bildirib.

Ulduz futbolçu məqsədlərinin seçmə mərhələdə itkisiz yollarına davam etmək olduğunu vurğulayıb:

“Futbolda inkişaf edən komandalara qarşı diqqətli olmaq və onlara hörmət etmək məcburiyyətindəsən. Bizim son dünya çempionu olmağımız hər şeyin bitdiyi anlamına gəlməməlidi. İndi qələbəni adla deyil, meydandakı oyununla qazanırsan. Biz hər görüşdə olduğu kimi, Azərbaycana da ciddi rəqib gözü ilə baxırıq. Məsuliyyətimizi dərk edirik və Almaniyaya növbəti qələbə ilə qayıtmaq əzmindəyik”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Almaniya oyunu saat 21:00-da başlayacaq.

1news.az

Paylaş:
718

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər