Bolqarıstan klubu azərbaycanlı futbolçunu bəyənməyib | 1news.az | Xəbərlər
Futbol

Bolqarıstan klubu azərbaycanlı futbolçunu bəyənməyib

14:50 - 21 / 01 / 2017
Bolqarıstan klubu azərbaycanlı futbolçunu bəyənməyib

Bolqarıstanın "Slaviya" klubu azərbaycanlı futbolçu Mirkamil Həşimlini bəyənməyib.

1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Vladimir İvanov "gong.bg" saytına açıqlamasında bildirib.

O, 21 yaşlı yarımmüdafiəçini Türkiyənin Antalya bölgəsində Qazaxıstan "İrtış"ına 3:1 hesabı ilə qalib gəldikləri yoxlama matçında sınaqdan çıxardıqdan sonra belə qənaətə gəlib. Həşimliyə bir hissə şans verən İvanov gənc oyunçunun bolqarıstanlı həmyaşıdlarından müsbət mənada fərqlənmədiyini söyləyib: "Mirkamil pis oyunçu deyil. Amma elə öz futbolçularımız səviyyəsindədir. Bizim siyasətimiz ondan ibarətdir ki, əsas komandada öz məktəbimizdən yetişmiş futbolçulara daha çox yer verək".

Qeyd edək ki, Mirkamil Həşimli 2006-cı ildə Türkiyənin U-15 Liqasında "Fənərbağça" klubunun formasını geyinib. Amma "Qalatasaray"la oyunda sol ayağından zədə alan yarımmüdafiəçi Azərbaycana qayıtmalı olub. Ötən mövsümü "Rəvan"da keçirmiş Həşimli hazırda klubsuzdur.

1news.az

Paylaş:
746

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55
Bütün xəbərlər