Opera və Balet Teatrı bəyanat yayıb | 1news.az | Xəbərlər
Futbol

Opera və Balet Teatrı bəyanat yayıb

13:55 - 14 / 01 / 2017
Opera və Balet Teatrı bəyanat yayıb

Azərbaycan Dövlət Opera və Balet Teatrı xalq artisti, baletmeyster Mədinə Əliyeva ilə bağlı bəyanat yayıb.

1news.az xəbər verir ki, teatrın mətbuat xidmətindən göndərilən bəyanatda qeyd olunur ki, balet artistlərinin teatrı kütləvi surətdə tərk etməsini təsdiq etməyə heç bir əsas yoxdur:

“Xalq artisti Mədinə Əliyevanın Opera və Balet Teatrından işdən ayrılması səbəbi haqqında səsləndirdiyi həqiqətdən uzaq olan fikirlərlə tanış olarkən təəccübləndik. Çünki balet artistlərinin teatrı “kütləvi surətdə tərk etməsini” təsdiq etməyə heç bir əsas yoxdur. Mədinə Əliyevanın 14 nəfər balet artistinin teatrdan məcburən uzaqlaşması haqqında məlumatı tamamilə yanlışdır.

Həqiqətdə isə öz yüksək professionallığı ilə fərqlənən balet truppası tam tərkibdə fəaliyyətini davam etdirir və repertuar üzrə tamaşalara hazırlaşır. Kollektivdə ənənəvi olaraq işgüzar əhval-ruhiyyə hökm sürür.

Mədinə Əliyevanın özünün işdən ayrılmasının səbəbi isə onun “gənc aktrisa” adlandırdığı xalq artisti Kamilla Hüseynovanın balet truppasına bədii rəhbər vəzifəsinə təyin olunması ilə qəti surətdə razılaşmamasıdır”.

Teatrdan bildiriblər ki, Kamilla Hüseynova uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının aparıcı səhnə ustası olub: “O, “Zirvə” və “Qızıl Dərviş” mükafatları laureatı, eyni zamanda Prezident mükafatçısıdır. Bir neçə ay öncə - 2016-cı ilin mayında o, “Şəhrizad” baletində Zübeydə rolunun parlaq ifası ilə səhnəsində çıxışlarını başa vurub, hal-hazırda zəngin təcrübəsini gənc, yeni yetişən balet artistlərinə ötürür. Və bu, çox düzgündür. Mədinə Əliyevanın bu vəziyyətlə razılaşmamasına gəlincə, teatr rəhbərliyi məsələ ilə əlaqədar dəfələrlə onunla söhbət aparıb, fəaliyyətini davam etdirməyə çağırıb. Lakin o özü üçün daha düzgün hesab etdiyi qərarı seçib. Öz istəyi ilə teatrdan azad olunmaq haqqında ərizə ilə müraciət edib və rəhbərlik onun arzusunu yerinə yetirib. Bir müddət əvvəl Mədinə Əliyeva Xoreoqrafiya Akademiyasından da öz ərizəsi ilə azad olunub. Təəssüf edirik ki, emosiya və ambisiyalar bəzən arzuolunmaz nəticələrə gətirib çıxarır. Eyni zamanda kiminsə şəxsi istəyini teatrın maraqlarından üstün tutmasını, onları ultimativ şəkildə səsləndirilməsini və yanlış məlumatları yaymasını düzgün hesab etmirik”.

Qeyd edək ki, xalq artisti M. Əliyeva açıqlamasında teatrın ünvanına bir sıra ittihamlar səsləndirmişdi. O, bildirmişdi ki, son vaxtlar Opera və Balet Teatrında on beş nəfər işdən çıxıb.

1news.az

Paylaş:
703

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər