Azərbaycanın 2 qadın boksçusu Avropa çempionatının finalına çıxıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın 2 qadın boksçusu Avropa çempionatının finalına çıxıb

23:44 - 22 / 11 / 2016
Azərbaycanın 2 qadın boksçusu Avropa çempionatının finalına çıxıb

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatının yarımfinal görüşləri başa çatıb.

1news.az Report-a istinadən xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan yığmasının üzvü Yelena Vıstropova rusiyalı boksçu Səadət Abdullayevanı mübarizədən kənarlaşdırıb. Boksçumuz finalda türkiyəli Sema Galiskanı sınağa çəkəcək.

Yarımfinalda mübarizə aparan digər qadın boksçularımız Leyla Cavadova (81 kq) türkiyəli Elif Günerə, Aynur Rzayeva (+81) isə rusiyalı Zemfira Maqomedaliyevaya məğlub olaraq finalın bir addımlığında mübarizəni dayandırıblar. Hər iki boksçumuz Avropa çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, 54 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Anna Əlimərdanova da yarımfinalda fransalı Delfin Mançinilə döyüşdən qalib ayrılaraq adını finala yazdırıb. Həlledici qarşılaşmada onun rəqibi ev sahibi Stanmiria Petrova olacaq.

Final görüşləri noyabrın 23-də keçiriləcək.

1news.az

Paylaş:
851

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər