Abert Səlimov: “Karyeramı başa vururam” – MÜSAHİBƏ | 1news.az | Xəbərlər
İdman

Abert Səlimov: “Karyeramı başa vururam” – MÜSAHİBƏ

21:07 - 13 / 08 / 2016
Abert Səlimov: “Karyeramı başa vururam” – MÜSAHİBƏ

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1/4 final görüşündə fransalı Sofian Umihaya uduzaraq, mübarizəni dayandıran Azərbaycan boksçusu Albert Səlimov karyerasını başa vurmaq niyyətində oluğunu bildirib.

1news.az Sportox-a istinadən xəbər verir ki, bunu 60 kq. çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın suallarını cavablandırarkən bildirib.

- Dünən görüşdən sonra hərə bir söz deyirdi. Kimisi də susurdu. Mən özlüyümdə hiss edirəm ki, döyüşüm alınmadı. Özümü finalda görür, həlledici görüşə vəsiqə qazanacağımı, hətta olimpiya çempionu olacağımı düşünürdüm. Amma hiss etməklə deyil. Döyüşüm sonadək alınmadı. Bu, mənim günahımdır. Bütün Azərbaycan xalqı, ölkə prezidenti, gənclər və idman naziri, Azərbaycan Boks Federasiyası, Azərbaycanda və Dağıstanda mənim üçün həyəcan keçirən bütün insanlar qarşısında üzr istəyirəm. Hamıya çox sağ olun deyirəm. Fikrimcə, artıq karyeramı başa vurma zamanıdır. Dünənki döyüşdən sonra düşünürəm ki, artıq getmə zamanıdır.

Bəlkə bu fikirləri emosiyaların təsiri altında deyirsiniz?

- Xeyr. Artıq 30 yaşım var. 4 il öncə məni bura çağıranda hər cür şəraiti yaratdılar. Daha yaxşı döyüşə bilərdim. Bilmirəm nə baş verdi. Döyüşə ruh yüksəkliyi ilə çıxmasan belə, hər şeyini ortaya qoymalısan. Mən ötən gün var gücümü orta qoymadım. Daha doğrusu, döyüşə psixoloji cəhətdən düzgün yanaşmadım. Bilmədim nə baş verdi. Gücüm də var idi. Bu rəqibi bir neçə dəfə məğlub etmişdim.

Döyüşdən sonra sizə çoxlu zənglər gəldi?

- Mən döyüşdən sonra heç kimə cavab vermirəm. İnternetə də daxil olmuram. Şəxsi suallara indi cavab vermək istəmirəm. Bir-iki ay keçəndən sonra belə suallara cavab verərəm. Amma daha boks barədə danışmayacağam. Artıq boksla qurtardım.

Karyeranızı bitirdikdən sonra hansı işlə məşğul olmağı düşünürsünüz?

- Əlim-ayağım, başım var. Gedib bostanda işləyəcəyəm. Biz kişiyik, ailəmizi dolandırmalıyıq. Acından batmayacağıq.

1news.az

Paylaş:
668

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər