Londonda “Qarabağ” fleşmobu | 1news.az | Xəbərlər
Futbol

Londonda “Qarabağ” fleşmobu

22:00 - 12 / 09 / 2017
Londonda “Qarabağ” fleşmobu

Bu gün Böyük Britaniyanın simvollarından biri sayılan, məşhur London Eye attraksionunun qarşısındakı meydanda Azərbaycanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” futbol klubuna dəstək, eyni zamanda Azərbaycan turizminin təbliği məqsədi ilə böyük fleşmob keçirilib.

Milli Turizm Təbliğat Bürosundan 1news.az-a verilən məlumata görə, tədbirdə milli musiqi parçaları səsləndirilib, xarici qonaqlara rəqs proqramı təqdim olunub. Eyni zamanda, fleşmob çərçivəsində Azərbaycanın milli suvenirləri paylanılıb. Tədbirə çoxsaylı turist və soydaşlarımız qatılıb. Eyni zamanda, Londonda "Qarabağ"ın uzunluğu 20, eni 10 metr olan geyim forması qaldırılıb, onun üzərində komandanın simvolları ilə yanaşı “AZERBAİJAN.TRAVEL” və  “#VISITBAKU” sözləri yer alıb

Qeyd edək ki, Milli Turizm Təbliğat Bürosu tərəfindən Avropanın üç böyük paytaxt şəhərində - London, Madrid və Romada byu kimi digər möhtəşəm fleşmoblar və sair tədbirlər planlaşdırılır. Onlar, ilk növbədə, “Qarabağ” futbol klubuna dəstək məqsədilə keçiriləcək. Fleşmoba cəlb olunan könüllülər həmin şəhərlərin mərkəzi yerlərində Ağdam təmsilçisinin irihəcmli geyim formasını qaldıracaqlar. Azərbaycan bayraqlarının dalğalandırğı aksiyalarda çoxsaylı azərbaycanlı könüllülər, tələbələr iştirak edəcək, “DJ”lər musiqi səsləndirəcək, sakinlərə Azərbaycan və ölkəmizin turizm imkanları barədə məlumatların əks olunduğu təbliğat materialları paylanacaq. Eyni zamanda, “Qarabağ”ın “Roma” ilə ev oyunundan bir neçə saat əvvəl Bakıda da aksiya təşkil ediləcək. Belə ki, matçdan öncə Nizami küçəsində, keçmiş “Torqovaya” deyilən ərazidə azarkeşlər üçün “Fan zona” yaradılacaq. Orada canlı konsertin keçirilməsi gözlənilir. Bu, həm də paytaxtdakı turistlər üçün də maraqlı olacaq.

1news.az

Paylaş:
807

Son xəbərlər

Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06
Bütün xəbərlər