Bəhram Bağırzadə azarkeşlərə səsləndi: bütün stadion Azərbaycan və “Qarabağ” bayraqları ilə dolu olsun! - FOTO | 1news.az | Xəbərlər
Futbol

Bəhram Bağırzadə azarkeşlərə səsləndi: bütün stadion Azərbaycan və “Qarabağ” bayraqları ilə dolu olsun! - FOTO

11:24 - 14 / 08 / 2017
Bəhram Bağırzadə azarkeşlərə səsləndi: bütün stadion Azərbaycan və “Qarabağ” bayraqları ilə dolu olsun! - FOTO

Azərbaycanın tanınmış aktyoru, şoumen Bəhram Bağırzadə sabah keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

1news.az-ın məlumatına görə, o müraciətində hər kəsi stadiona gələrək komandamıza dəstək olmağa çağırıb:

“Avqustun 15-i, saat 20:00-da Tofiq Bəhramov adına stadionda Ağdam futbol klubu “Qarabağ”la Danimarka futbol klubu “Kopenhagen” arasında oyun baş tutacaq. Bu, çox vacib bir oyundur, çünki  Azərbaycan futbol tarixində ilk dəfə olaraq bizim komanda Çempionlar Liqasında oynayır!

Mən, Azərbaycan futbolunun alovlu azərkeşi olaraq hamını stadiona gəlməyə və bizim komandanı, ələxsus “Qarabağ” kimi qürurlu adı olan komandanı dəstəkləməyə dəvət edirəm. Gəlin, bizim futbolçulara, bizim “Qarabağ”a dəstək olaq və onlar üçün bayraqlardan ibarət elə bir parlaq bir şou düzəldək ki, bütün stadion Azərbaycan və “Qarabağ” bayraqları ilə dolu olsun”!

Bütün azarkeşləri və tamaşaçıları bu vacib oyuna  bayraqlarla birgə  gəlməyə dəvət edən B.Bağırzadənin sözlərinə görə, bu oyun bütün Avropaya translyasiya olunacaq və bütün dünya görəcək ki, Azərbaycan bayrağı necə uca və təntənə ilə dalğalanır:

“Xüsusən, dünya çempionu titulu qazanmış, Türkiyə bayrağı ilə yanaşı öz Vətəninin bayrağını da götürən həmvətənimiz Ramil Quliyevin möhtəşəm qələbəsindən sonra, bu çox güclü olacaq! Qoy bütün dünya bilsin ki, Azərbaycan bayrağı - qaliblər bayrağıdır”!

Babək Cahandarov

Paylaş:
1299

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər