Qurban Qurbanov: “Bu bizə hər an mane ola bilər” | 1news.az | Xəbərlər
Futbol

Qurban Qurbanov: “Bu bizə hər an mane ola bilər”

18:48 - 14 / 08 / 2017
Qurban Qurbanov: “Bu bizə hər an mane ola bilər”

“Vacib oyuna çıxacağıq. Matçın mahiyyətini bilirik”.

1news.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində sabah “Kopenhagen”i qəbul edəcək.

Matçdan öncə mətbuat konfransı keçirən Qurbanov fikirlərini bildirib: “Hər bir futbolçumuz çox məsuliyyətlidi. Yaxşı, amma oyun tərzi bizə uyğun olmayan komandaya qarşı çıxış edəcəyik. Ən yaxşı oyunumuzu meydanda göstərməyə çalışağıq”.

- Sabahkı oyunöncəsi komandada vəziyyət nə yerdədi? Futbolçularda gərginlik yoxdu ki?

- Optimal formamızdan uzağıq. Çünki bəzi futbolçularda mikrozədələr oldu. Amma demək olar ki, hamı qaydasındadı. Sadəcə, bəzi futbolçularım hazırlığı məni narahat edir. Bunun da müəyyən səbəbi var. Bu görüş Azərbaycan futbolu üçün önəmlidi. Futbolçuların üzərinə getmək, onları gərginlikdə saxlamaq düz çıxmaz. Komandada həyəcan var. Amma həyəcan varsa, deməli, məsuliyyət var. Oyunun mahiyyətini hamımız başa düşürük.

- Püşkatmadan sonra rəqibin oyununu canlı izləmək mümkün olubmu?

- Hansı ölkənin komandasının bizə rəqib olduğunu bildikdən sonra canlı izləməyə ehtiyac yoxdu. Daha çox videoyazılara baxmışıq, bizim üçün bunlar önəmlidi. Bunun sayəsində rəqib haqda məlumat toplamışıq.

- Bundan əvvəl də Skandinaviya klubları ilə qarşılaşmısız. Rəqibin oyunlarını canlı izləməməyiniz bundan irəli gəlir?

- Sabah özünüz də görəcəksiz ki, rəqibin oyun sistemi heç vaxt pozulmur. Bu mənada, oraya getməməyimiz arxayınlıqla bağlı deyil. Düzdü, Skandinaviya ölkələrinin komandaları ilə qarşılaşmışıq. Amma Danimarka klubları fərqlidi. Sıx qrafikimiz var. Bu gün üçün belə qərar verdik.

- “Kopenhagen” Danimarka çempionatında yaxşı çıxış etmir. Bu sizə necə təsir edəcək? Hazırlığı rəqibə uyğun keçmisiz?

- Rəqib Danimarka çempionatında son matçlarda xal itirib. Çempionatla Avroliqa oyunları tam fərqlidi. “Kopenhagen”in çox böyük təcrübəsi var və bu bizə hər an mane ola bilər. Ağır olsa da, əlimizdən gələni edəcəyik. Oyunun gedişində bəzi dəyişiklərə əl ata bilərik. Sabah futbolçularım düzgün oyun qurmağa çalışacaqlar.

- Donald Gerryenin durumu nə yerdədi?

- Sağlamlığı pis deyil. Sabah həkimlərin fikrini bir dəfə soruşacam. Bundan sonra qərarımı verəcəm.

- Avropa Liqasının qrup mərhələsini təmin etmisiz. Bunu bilib, meydana çıxmaq futbolçulara necə təsir edəcək?

- Biz sabah Çempionlar Liqasının matçına çıxacağıq və onun himni səslənəcək. Belə ağır oyunları çox keçirmişik. Çalışmışıq ki, məğlub olanda da meydanı başıyuxarı tərk edək. Ən azı, bu səviyyədə qalmalı və getdikcə daha da “artırmalıyıq”.

- Dani Kintananın yenidən zədələnməsi planlarınızı pozmadı ki?

- Əlimdə nə qədər çox futbolçu olsa, bir o qədər yaxşıdı. Şükürlər olsun ki, zədəsi çox ciddi deyil. Yəqin tam formasını bərpa etməsi üçün 1 ay lazım olacaq.

1news.az

Paylaş:
731

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər