AFFA ilə PFL-dən vacib qərar: Birinci Divizionda danışlmış oyunların qarşısı alınacaq | 1news.az | Xəbərlər
Futbol

AFFA ilə PFL-dən vacib qərar: Birinci Divizionda danışlmış oyunların qarşısı alınacaq

17:16 - 09 / 08 / 2017
AFFA ilə PFL-dən vacib qərar: Birinci Divizionda danışlmış oyunların qarşısı alınacaq

Birinci Divizionda danışlmış oyunlar ehtimalının qarşısının alınması, stabilliyin və şəffaflığın təmin olunması məqsədilə AFFA və PFL-in apardığı birgə müzakirələrin nəticəsi olaraq yeni sistemin tətbiqinə qərar verilib.

1news.az-ın məlumatına görə, bununla bağlı AFFA-nın Lisenziyalaşdırma Qrupunun hazırladığı təkliflər İcraiyyə Komitəsinin üzvlərinə təqdim olunub və baş katiblik komitə üzvləri ilə fərdi qaydada müzakirə aparıb. İcraiyyə Komitəsinin əlavə və dəyişiklikləri nəzərə alındıqdan sonra Birinci Divizionda çıxış etmək istəyən klublar üçün müraciət qaydaları hazırlanıb.

Tətbiq olunacaq yeniliklər əsasən növbəti mövsüm üçün təsdiq olunmuş büdcə proqnozunu, klubun yazılı strategiya planı (gələcəyə baxış inkişaf konsepsiyası), mövsüm ərzində istifadə edəcəyi infrastrukturla və klubun rəsmi saytı ilə bağlı məlumatları əhatə edir.

Müraciət etmiş klubun Birinci Divizionda çıxışı üçün müsbət cavab verilib-verilməməsinə təqdim olunmuş sənədlərin tamlığı, AFFA-nın təyin etdiyi Komissiya və ya müvafiq orqan tərəfindən aparılmış araşdırma və təhlilin nəticələri, eləcə də 2016/17-ci il mövsümü ərzində UEFA-dan “danışılmış oyunlarla” bağlı daxil olmuş hesabatlar kimi faktorlar təsir edəcək.

Babək Cahandarov

Paylaş:
769

Son xəbərlər

Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09
Bütün xəbərlər