MFL yeni mövsümün (2017/2018) qeydiyyatına başlayır - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL yeni mövsümün (2017/2018) qeydiyyatına başlayır - FOTO - VİDEO

16:50 - 07 / 08 / 2017
MFL yeni  mövsümün (2017/2018) qeydiyyatına başlayır - FOTO - VİDEO

Ən böyük həvəskar futbol liqası MFL yaxın günlərdə uğurla ilk mövsümünü başa vuraraq komandaların 2017/2018-ci illər üzrə ikinci mövsümdə iştirakı üçün qeydiyyata başlayır.

MFL nədir?

Beləliklə, MFL – futbol həvəskarları tərəfindən FUTBOLSEVƏRLƏR ÜÇÜN yaradılmış liqadır.

Məqsəd – ən yüksək səviyyədə təşkil edilmiş turnir çərçivəsində futbol oynayan daha çox həvəskar komandaları birləşdirməkdir.

Turnir həvəskar turnir olsa da, bütün təşkilati məsələlər peşəkar səviyyədə həll edilir. Bu işdə turnirə AFFA köməklik göstərir.

MFL matçları Bakı Olimpiya Stadionunun ərazisində yerləşən SPORTSTER idman kompleksinin meydanlarında keçirilir.

  

Hər bir oyunda təhlükəsizlik xidməti ilə yanaşı, AFFA-nın hakimlər briqadası, peşəkar həkimlər və MFL nümayəndələri də iştirak edir. Bu da Liqanın maksimal dərəcədə obyektivliyini və təhlükəsizliyini təmin edir.

MFL-in ikinci mövsümündən hansı yeniliklər gözlənilir?

  • Bu mövsümdə komandaların sayı daha çox olacaq. Bütün komandalar 2 konferensiya olmaqla 2 qrupa bölünəcək.
  • Bu konferensiyalarda komandalar güclərinə görə bölünəcək: ən güclü komandalar MFL LEGENDS konferensiyasına, yenicə başlayan komandalar isə MFL HEROES konferensiyasında olacaq. Hər iki konferensiyadakı yaxşıların yaxşısı pley-off mərhələsində qarşılaşacaq.
  • MFL-in eksklüziv televiziya tərəfdaşı – CBC Sport telekanalı olacaq. Beləliklə, MFL artıq böyük ekranlarda da yayımlanacaq.
  • Həmçinin MFL çoxlu sayda əyləncəli tədbirlər keçirməyi də planlaşdırır. Bunların arasında MFL Junior açıq uşaq seksiyası da yer alıb.

Daha ətraflı məlumatı (070) 269-00-16 və (070) 269-00-21 nömrələrinə zəng etməklə, . eləcə də [email protected] elektron poçtuna yazmaqla əldə edə bilərsiniz. 

Hələlik isə yeni mövsümlə bağlı bir sıra məqamları diqqətinizə çatdırırıq.

MFL-in Birinci mövsümü (2016-2017) rəqəmlərdə

GSP Logistic komandasının möhtəşəm qələbəsilə başa çatan ilk mövsüm 42 komandadan ibarət 600 oyunçunu əhatə edib. İkinci mövsümdə isə 80 komandadan ibarət 1000-dən çox oyunçunun iştirakı nəzərdə tutulur. 

İnanırıq ki, turnirlə bağlı bəzi rəqəmlərlə tanışlıq sizə maraqlı olacaq.

Nə üçün məhz Siz turnirdə iştirak etməlisiniz?

Beləliklə, aşağıda sadalanmış bölmələrdə özünüzü tapın.

Əminik ki, sadalanan bölmələrdə komadanızın yeni mövsümdə iştirak etməsi üçün səbəbi tapacaqsınız: 

  • Çox güman ki, müntəzəm futbol oynadığınız dostlardan ibarət komandanız var. Əminik ki, zaman-zaman yeni rəqiblə oynamaq haqda düşünürsünüz. Çünki eyni komandaya qarşı oynamaq olduqca yorucudur. MFL sizlərə belə imkanı bəxş edəcək – burada sizin kimi futbolsevərlərdən ibarət, bütün mövsüm rəqibiniz olacaq böyük cəmiyyətin bir hissəsi olacaqsınız.

  • Əgər birinci variant sizin barənizdə deyilsə, deməli işdə həmkarlarınıza qarşı oynayırsınız. Belə olan halda çox güman ki, siz nəinki işdə, hətta meydanda da bir-birinizdən bezmisiniz... Belə olan halda MFL liqasında təqdim edilmiş digər komandalara qarşı öz gücünüzü sınamağın tam vaxtıdır. Bu, eyni zamanda şirkətinizin daxilində “team building” üçün çox gözəl vasitədir, çünki komandanızın ətrafında əməkdaşlarınızın birləşməsi, oyun zamanı onların dəstəkləməsi qaçılmazdır!

Liqada komandaların güc çoxluğundan narahat olmaq lazım deyil. İndi sizin yeni həvəskarlarla oynamaq üçün daha çox şansınız var – bunun üçün də biz MFL HEROES konferensiyasını yaratdıq və yeni komandaları güclü komandalardan ayırmışıq.

  • Əgər oyun tərəfdaşınız yoxdur, lakin əminsiniz ki, kollektivi Roman Abramoviç kimi birinci yerə yüksəldə bilərsiniz... O zaman məsləhət görürük ki, risk edərək öz komanadanızı yaradıb ona rəhbərlik edərək özünüzü futbol meneceri rolunda sınayasınız. Eləcə də heç kəs sizə eyni zamanda komanda kapitanı olaraq onu idarə etməyi qadağan etmir. İnanın, real həyatda uğura nail olmaq kompüter oyunundakından daha çətindir. Risk edərək özünüzə və yaxınlarınıza yaxşı idman meneceri ola biləcəyinizi sübut edin.
  • Yox, əgər kiməsə nəyisə sübut etmək istəmirsinizsə, eləcə də komandanız yoxdursa, o zaman məhəllədəki tanışları  və ya dostları toplayaraq sadəcə idman marağı üçün turnirdə oynamağa çalışın.

Əminik ki, heç də peşman olmayacaqsınız!

Qalibləri hansı mükafatlar gözləyir?

Qalib (1-ci yeri qazanmış) komanda MFL Kuboku, qızıl medal və 10 000 manat pul mükafatı əldə edəcək.   

Bundan əlavə, turnirin yekunlarına görə yaxşıların yaxşısına növbəti titullar veriləcək:

  • Ən yaxşı bombardir (hər kəsdən daha çox qol vuran oyunçu)
  • Ən yaxşı qapıçı (hər kəsdən daha az top buraxan qapıçı)
  • Ən yaxşı assistent (daha çox məhsuldar ötürmə verən oyunçu)

İkinci və üçüncü yerləri tutan komandalara kuboklar, eləcə də müvafiq olaraq gümüş və bürünc medallar veriləcək.

2017-2018-ci il mövsümünün iştirak şərtləri nələrdir?

Aşağıdakı kriteriyalara uyğun gələn istənilən şəxs turnirdə iştirak edə bilər:

- Şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək şərtilə 16 yaşı tamam olmuş hər kəs turnirdə iştirak edə bilər.

- Tərkibində minimum 10, maksimum 15 nəfər olan istənilən komanda qeydiyyatdan keçə bilər. Bunlardan ən azı 2 nəfəri qapıçı olmalıdır. Həmçinin komanda kapitanını və vitse-kaitanını da qeyd etməlidir. Eləcə də komanda iki məşqçi bəyan edə bilər. Meydanda eyni anda 5 oyunçu və 1 qapıçı ola bilər. Həmçinin ehtiyat oyunçular skamyasında 2 məşqçi, 4 əvəzləyici oyunçu və 1 qapıçı əyləşə bilər.

- Turnirdə iştirak üçün ilk qeydiyyatdan keçmiş 80 komanda qəbul ediləcək (lazımi sənədlər və qeydiyyat ödənişi təqdim edildiyi halda). Əgər hər hansısa bir səbəbdən qeydiyyatdan keçmiş komanda turnirə buraxılmasa və ya qatılmasa, o zaman turnirə ərizə vermiş (ərizənin qeydiyyatdan keçmə tarixinə əsasən) növbəti komanda qəbul ediləcək.

Qeydiyyat haqqı:

Brend/şirkət adı daşımayan komandalar – 1000 azn

Brend/şirkət adı daşıyan komandalar – 2000 azn

Brend/şirkət adı daşımayan, lakin formanın üzərində brend və ya şirkətin reklamı olan komandalar – 1500 azn

                                                                             * * *

Aşağıda sadalanan hallar istisna olmaqla, MFL turnirində hər hansı futbol, futzal və çimərlik futbolu üzrə rəsmi peşəkar turnirlərdə iştirak etmiş (komandanın rəsmi ərizəsində yer alan) futbolçuların iştirakı qadağandır.

İstisnalar:

- 2014/2015-cı il  (daxil olmaqla) mövsümündən əvvəl Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş istənilən sayda oyunçuların iştirakına icazə verilir;

- 2015/2016-cı il mövsümündə Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 2 oyunçunun  iştirakına icazə verilir;

- 2016/2017-ci və ya 2017/2018-ci il mövsümlərində Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 1 oyunçunun  iştirakına icazə verilir;

- 2012/2013-cü il (daxil olmaqla) mövsümündən əvvəl böyük futbolda (Yüksək və Birinci Liqa) və Futzal üzrə Yüksək Liqada iştirak etmiş istənilən sayda oyunçunun iştirakına icazə verilir;

- 2014-cü (daxil olmaqla) ildən əvvəl çimərlik futbolunun rəsmi oyunlarında iştirak etmiş oyunçuların iştrakına icazə verilir;

Qeyd: Bu şərtlər Liqanın hər bir komandasına aiddir.

Turnir hansı sxem üzrə təşkil edilir?

MFL Liqası – iştirakçı komandaların aşağıda göstərilmiş formatda bir neçə ay mübarizə apardığı futbol mövsümüdür. 

Mövsüm oktyabrda start götürəcək marta qədər davam edəcək. Dekabrda transfer pəncərəsinin elan ediləcəyi iki həftəlik fasilə nəzərdə tutulur (tarixlər dəyişə bilər).

Turnir zamanı bütün komandalar hər biri 40 komanda olmaqla “LEGENDS” və “HEROES” 2 konferensiyaya bölünür.

Konferensiyalar da öz növbəsində hər birində 20 komanda olmaqla 4 qrupa bölünür.

Komandalar qrupdakı rəqibləri ilə bir dəfə oynayacaq. Qələbəyə görə 3 xal, heç-heçəyə isə 1 xal yazılacaq. Məğlubiyyətə isə müvafiq olaraq xal yazılmır. 

Hər bir qrupda daha çox xal toplamış 8 komanda pley-off mərhələsində iştirak etmək hüququ qazanacaq. 

Beləliklə, pley-off mərhələsində 32 komanda mübarizə aparacaq.

Daha sonra komandalar standart play-off sistem üzrə məğlub olan komandanın mübarizəni dayandırması şərti ilə hər mərhələdə bir oyun keçirəcəklər (reqlamentə əsasən, cavab görüşlərinin keçirilməsi nəzərdə tutulmayıb).

Beləliklə, play-off mərhələsində oyunlar aşağıdakı qaydada keçiriləcək:

1/16 final mərhələsinin rəqibləri püşkatma yolu ilə təyin ediləcək. Bununla yanaşı 32 komanda 4 səbət üzrə aşağıdakı sıralama ilə təyin ediləcək:

1-ci səbət: 1-4-cü yerlər (LEGENDS “A”) 4-cü səbətə qarşı: 5-8-cü yerlər (HEROES “C”)

2-ci səbət: 5-8-ci yerlər (LEGENDS “B”) 3-cü səbətə qarşı: 1-4-cü yerlər (HEROES “D”)

5-ci səbət: 5-8-ci yerlər (LEGENDS “A”) 7-ci səbətə qarşı: 1-4-cü yerlər (HEROES “C”)

6-cı səbət: 1-4-cü yerlər (LEGENDS “B”) 8-ci səbətə qarşı: 5-8-ci yerlər (HEROES “D”)

Qeydiyatdan necə keçməli?

Sadəcə olaraq (070) 269-00-16 və ya (070) 269-00-21 nömrələrinə zəng edin.

Eləcə də [email protected] elektron poçtuna da yaza bilərsiniz.

Ərizələr 2017-ci il senytabrın 10-dək qəbul edilir.

Qeyd:

Turnirin Qaydaları ilə bu linkdə tanış ola bilərsiniz: http://www.mfl.az/az/liqa/qaydalar/

 

 

Paylaş:
6746

Son xəbərlər

Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37
Bütün xəbərlər