“Dostluq üçün futbol” layihəsində qalib gələn gənclər Balaş Qasımovla görüşüb - FOTO | 1news.az | Xəbərlər
Futbol

“Dostluq üçün futbol” layihəsində qalib gələn gənclər Balaş Qasımovla görüşüb - FOTO

14:30 - 14 / 06 / 2017
“Dostluq üçün futbol” layihəsində qalib gələn gənclər Balaş Qasımovla görüşüb - FOTO

Rusiyanın "Kim? Harda? Nə vaxt?" elitar klubunun oyunçusu, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülən Balaş Qasımov "Dostluq üçün futbol” layihəsinin iştirakçısı olan gənc azərbaycanlı futbolçu və jurnalist Rəvan Kazımov və Asəf Aydəmirovla görüşüb.

1news.az-ın eurasiadiary-yə istinadla verdiyi xəbərə görə, o, Sankt-Peterburqda Azərbaycanı təmsil edəcək gənc layihə iştirakçılarını təbrik edib və onlara uğurlar arzu edib. Daha sonra Balaş Qasımov gənc jurnalist Rəvan Kazımova müsahibə verib.

Müsahibəsində o bildirib ki, futbolu çox sevir. Gənc yaşlarından Azərbaycan milli komandasına və “Neftçi” klubuna azarkeşlik edir. O, son illər “Qarabağ” klubunun da əldə etdiyi nəticələrin sevindirici olduğunu bildirdi.

“Həmişə Azərbaycan millisinin dünya çempionatında oynamasını arzu etmişəm. Bu istəyə Konfederasiya kuboku da daxildir. Təəssüf ki, bizim milli hələki bu nəticəyə nail ola bilməyib. Amma sevindirici haldır ki, siz Azərbaycanı Konfederasiya kubokunda təmsil edəcəksiniz. Sizin iştirak zamanı çoxlu təəssüratınız yaranacaq.” B.Qasımovun sözlərinə görə, “Dostluq üçün futbol” kimi layihələri hər zaman dəstəkləmək lazımdır. Çünki idman hər şeydən öncə xalqın sağlamlığı, gələcək nəslin sağlamlığıdır.

"Kim? Harda? Nə vaxt?" elitar klubunun tanınmış siması "Dostluq üçün futbol” layihəsinin aparıcı dəyərləri arasından öz prioritetini də seçib. Xatırladaq ki, iştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir. “Mən hesab edirəm ki, dəyərlər arasında ən vacibi sülhdür. Çünki sülh olanda dostluqda olacaq, bərabərlikdə və  sağlamlıqda. Dünyanin indi sülhə ehtiyacı var. Düşünürəm ki, bunun üçün ən azı tez-tez gülmək, qarşındakı insana yaxşılıq etmək lazımdır. Həm də çalışmaq lazımdır ki, müharibələr, qarşıdurmalar idman meydanlarına daxil ola bilməsin. Ümumiyyətlə heç bir müharibə və qarşıdurma olmasın. Əgər sizin nəsil buna can atıb , nail olacaqsa, deməli siz bizdən xeyli xoşbəxt və gülərüz olacaqsınız.”

Sonda "Dostluq üçün futbol” layihəsi çərçivəsində seçilən azərbaycanlı nümayəndələr Rəvan Kazımov və Asəf Aydəmirov simvolik bilərzikləri Balaş Qasımovun biləyinə taxıblar.

Qeyd edək ki, "Dostluq üçün futbol” layihəsi "Qazprom”un dəstəyilə 2013-cü ildən keçirilir. Layihə dünyanın müxtəlif millətləri, müxtəlif yaşlarında və müxtəlif fiziki imkanlarında olan gəncləri birləşdirir. Layihənin məqsədi - uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir.

Mövzu ilə əlaqədar oxuyun:

“Şahdağ”-ın yetirməsi Azərbaycanı “Dostluq üçün futbol” beynəlxalq layihəsində təmsil edəcək

Azərbaycanlı ulduzlar “Dostluq üçün futbol” layihəsini dəstəklədi – FOTO

“Dostluq üçün futbol” layihəsinin iştirakçısı: Əgər Messiyə sual verə biləsəm... – FOTO

S.Xankişiyeva

Paylaş:
1461

Son xəbərlər

Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29
Bütün xəbərlər