Bakının 2019-cu ildə UEFA Çempionlar və Avropa liqalarının final oyunları üçün namizədliyi təsdiqlənib | 1news.az | Xəbərlər
Futbol

Bakının 2019-cu ildə UEFA Çempionlar və Avropa liqalarının final oyunları üçün namizədliyi təsdiqlənib

15:56 - 08 / 06 / 2017
Bakının 2019-cu ildə UEFA Çempionlar və Avropa liqalarının final oyunları üçün namizədliyi təsdiqlənib

UEFA 2019-cu ildə keçiriləcək futbol üzrə klub turnirlərinin final qarşılaşması və Superkubok uğrunda oyun üçün namizədliyini irəli sürmüş və tələb olunan vaxta – iyunun 6-dək sifariş kitabını təqdim etmiş milli assosiasiyaların siyahısını açıqlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2019-cu ildə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyunlarının keçirilməsi üçün Bakı Olimpiya Stadionunun namizədliyini irəli sürüb.

UEFA Çempionlar Liqasının final qarşılaşmasına ev sahibliyi etmək üçün İspaniyanın “Atletiko Madrid” klubunun “Metropolitano” stadionu da namizəddir.

Avropa Liqasının final görüşünə isə Bakı Olimpiya Stadionu ilə yanaşı, “Sevilya” klubunun “Ramon Sançes-Pisxuan” və İstanbulun “Beşiktaş Arena” stadionlarının sifariş kitabları təqdim olunub.

UEFA İcraiyyə Komitəsinin bu məsələ ilə bağlı qərarı sentyabrın 21-də açıqlanacaq.

Qeyd edək ki, Superkubok uğrunda qarşılaşmaya ev sahibliyi ilə bağlı yeddi, qadınlar arasında futbol üzrə Çempionlar Liqasının final matçını qəbul etmək üçün isə iki ölkə UEFA-ya müraciət ünvanlayıb.

Babək Cahandarov

Paylaş:
1038

Son xəbərlər

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57
Bütün xəbərlər