“Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub – FOTO | 1news.az | Xəbərlər
Futbol

“Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub – FOTO

20:58 - 26 / 05 / 2017
“Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub – FOTO

AFFA, Təhsil Nazirliyi və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin final mərhələsinə yekun vurulub.

1news.az-ın məlumatına görə, final qarşılaşmasında Suraxanı rayonundakı 141 saylı məktəbin komandası ilə Qaradağ rayonunda yerləşən 106 saylı məktəbin komandası qarşılaşıb. Rəqibini 7:3 hesabı ilə məğlub edən 141 saylı məktəbin komandası “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2016/2017-ci il mövsümünün qalibi olub.

Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.

Turnirin ən yaxşı oyunçusu Suraxanı rayonundakı 141 saylı məktəbin komandasının kapitanı Nicat Quliyev seçilib. Həmin məktəbin şagirdi Hüseyn Quliyev 11 qolla yarışın ən məhsuldar oyunçusu olub. Fair Play mükafatına isə Qaradağ rayonundakı 106 saylı məktəbin komandasının üzvü Ləman Həsənzadə layiq görülüb.

Liqanı üçüncü pillədə başa vurmuş Gəncə şəhərinin 24 saylı orta məktəbinin komandası, ikinci yeri tutmuş Qaradağ rayon 106 saylı məktəbin komandası və turnirin qalibi Suraxanı rayonu 141 saylı məktəbin komandası müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. Çempion komandaya kuboku təhsil nazirinin müavini Firudin Qurbanov təqdim edib.

Babək Cahandarov

Paylaş:
1165

Son xəbərlər

Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14
Bütün xəbərlər