“Dostluq üçün futbol” layihəsinin iştirakçısı: Əgər Messiyə sual verə biləsəm... – FOTO | 1news.az | Xəbərlər
Futbol

“Dostluq üçün futbol” layihəsinin iştirakçısı: Əgər Messiyə sual verə biləsəm... – FOTO

10:21 - 20 / 04 / 2017
“Dostluq üçün futbol” layihəsinin iştirakçısı: Əgər Messiyə sual verə biləsəm... – FOTO

Dünən “Dostluq üçün futbol” (Football for Friendship) beynəlxalq layihəsi çərçivəsində mətbuat konfransı keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, layihə çərçivəsində Azərbaycandan olan iki nəfər ölkəmizi Sankt-Peterburqda keçiriləcək Konfederasiyalar Kuboku matçında təmsil edəcək. Onlardan biri futbolçu, digəri isə gənc jurnalistdir.                                                                      

“Dostluq üçün futbol” (Football for Friendship) beynəlxalq uşaq layihəsinin Təşkilat Komitəsinin nümayəndəsi Əminə Konurbayeva proqramın məqsədləri barədə bizimlə söhbət edib. O, qeyd edib ki, layihə – uşaq idmanının inkişafına yənilmiş sosial proqramdır.

“Bu, FİFA-nın himayəsilə keçirilir. Layihə yalnız uşaq idmanının inkişafına deyil, həmçinin uşaqlarda digər ölkələrdəki həmyaşıdlarının mədəniyyət və tolerantlıq tərbiyəsinə də yönəlib.

Azərbaycan artıq ikinci ildir ki, bu layihədə iştiak edir. Bizimçün Cənubi Qafaqaz vbə Mərkəzi Asiya regionunun bu layihədə iştirakı vacibdir”.

Həmçinin nümayəndə qeyd etdi ki, müxtəlif ölkələrdən uşaqları dəvət edirlər:

“Azərbaycanda “Şahdağ” futbol klubu ilə əməkdaşlıq edirik. Uşaqlar əsasən 12-15 yaşarası seçilir. Bu uşaqlar öz həyatlarını futbola həsr etmək istəyir. Onlar proqramın kiçik yaşlı səfirləridir. Biz əsasən 9 aparıcı dəyəri inkişaf etdiririk. İlk növbədə isə dostluğu yayırıq.

Hər il uşaqları beynəlxalq yarışlara aparırıq. Ötən il uşaqlar Çempionlar Lioqasının Milanda keçirirlən yarımfinalına getmişdi. Bu il isə Sankt-Peterburqda keçiriləcək Konfederasiyalar Kubokunda iştirak edəcəklər. Uşaqlar beynəlxalq turnirdə oynayacaqlar. Əvvəllər bir ölkədən bütün komandanı aparırıdıq. İndi isə müxtəlif ölkələrdən uşaq seçərək onları dostluq yığmasından birləşdiririk. Azərbaycandan bir nəfər müfadiəçi qismində iştirak edəcək ki, o da “Şahdağ”dan olan 12 yaşlı oyunçudur. Ümumilikdə 64 ölkədən uşaqlar təmsil olunacaq”.

Bundan əlavə Əminə Konurbayeva bildirib ki, seçimlər çox ciddi idi:

“Belə ki, bir uşaq bütün ölkəsini təmsil edir. Bundan əlavə, o layiqli oynamalıdır. Bu da digər məsuliyyətdir. Uşağın bir çox üstünlükləri olmalıdır. O, ingilis dilini də bilməlidir. Həmçinin Azərbaycanla bağlı öz təəsüratlarını da bölüşməyi bacarmalıdır.  

Məşqlərə dörd gün ayrılıb. Daha sonra isə turnir keçirirləcək. Yığmalar öz aralarında oynayacaq. Hər kəs Konfederasiyalar Kubokunda iştirak edəcək. Layihədə uşaq mətbuat konfransı da fəaliyyət göstərir. Yəni uşaqlar jurnalistlərlə işləyərək birbaşa reportajlar hazırlayacaq.

Xüsusi mükafatımız – 9 Dəyər Kuboku var. Uşaqlar bizim irəli sürdüyümüz sosial təşəbbüslərə cavab verən bir kluba səs verəcəklər. Uşaqlar artıq “Barselona” və “Real” kimi klublara kubok veriblər”.

Öz növbəsində də “Şahdağ” futbol klubunun vitse-prezidenti Rüstəm Əzimov bildirib ki, Azərbaycandan olan təmsilçi Sinqapur, İspaniya, Boliviya, Bolqarıstan, Argentina, Çexiya və Liviyadan olan gənc futbolçularla bir komadada oynayacaq.

“Klubumuz uşaq futbolunun inkişafına hər zaman diqqət ayırıb. Məhz buna görə, ölkə yığmasına bir çox futbolçular bəxş etmişik. Bunn bariz nümunəsi Rahid Əmirquliyevdir. Bu layihədə iştirakdan çox məmnunuq.

Futboldakı uğurdan əlavə, penalti müsabiqəsini də keçirimişik. Rəvan Kazımov bu müsabiqədə digərlərini üstələyib. Nəticədə bu yeniyetmə Azərbaycanı təmsil edəcək.

Gənc jurnalistləri də müəyyən meyarlarla seçmişik. Asəf Aydəmirov dəyərlərimizi təmsil edəcək. Biz mədəniyyət və tolerantlıq dəyərini seçmişik”.

Rəvan Kazımov bildirib ki, üç ildir futbolla məşğul olur:

“Futbola məni böyük qardaşım gətirib. Gələcəkdə futbolçu olmaq istəyirəm. Pərəstişkarım Rəşad Sadıxovdur. Özüm isə Ağdamın “Qarabağ” klubuna azarkeşlik edirəm”.  

Gənc jurnalist Asəf Aydəmirov:

“Sevindirici haldır ki, orada dünyanın bir çox futbol ulduzlarını görəcəyəm. Əgər Messiyə sual vermək imkanım olsa, ondan soruşacağam ki, həqiqətdə neçə yaşı var?”

1news.az

Paylaş:
1112

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər