Azərbaycanlı futbolçu ispan, çex və argentinalıyla bir komandada oynayacaq - FOTO | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanlı futbolçu ispan, çex və argentinalıyla bir komandada oynayacaq - FOTO

17:20 - 24 / 03 / 2017
Azərbaycanlı futbolçu ispan, çex və argentinalıyla bir komandada oynayacaq - FOTO

Bu gün UEFA çempionlar Liqasının və 2018-ci il futbol üzrə dünya Çempionatının rəsmi sponsoru olan "Qazprom"Sankt-Peterburqda (Rusiya) 2017-ci il  26 iyundan 3 iyula qədər keçiriləcək "Dostluq üçün futbol" Beynəlxalq uşaq sosial layihəsinin beşinci mövsümünün başlanmasını elan etdi.

1news.az-ın verdiyi xəbərə görə, 2017-ci ildə layihənin coğrafiyası əhəmiyyətli dərəcədə genişləndi: iştirakçı ölkələrin sayı iki dəfə ­ - 32-dən 64-ə qədər artdı. İlk dəfə "Dostluq üçün futbolda" Meksikadan və ABŞ-dan uşaqlar iştirak edəcəklər. Beləliklə, layihə dörd qitənin Afrika, Avrasiya, Şimali Amerika və Cənubi Amerikanın gənc futbolçularını özündə birləşdirdi.

Beşinci mövsüm yeni formatda keçəcək. Müxtəlif ölkələrin futbol klublarını təmsil  etmiş komandaların yerinə gənc futbolçular DostluqYığmaları adlı səkkiz beynəlmiləl yığmada birləşdiriləcək.

Bu gün açıq püşkatma zamanı yığmaların ölkə heyəti, həmçinin iştirakçı ölkələrin nümayəndələri üçün oyun mövqelərimüəyyən edilmişdir. Oyunçuların fərdi seçilməsi "Dostluq Estafeti" çərçivəsində keçiriləcək. "Dostluq üçün futbol" layihəsinin beynəlxalq təşkilat komitəsi milli futbol federasiyaları ilə birgə 2017-ci ildə öz ölkələrini təqdim edəcəkgənc futbolçuları seçəcəklər. Səkkiz  nəfərdən ibarət komandalar həmçinin, məhdudlaşdırılmış imkanlara malik 12-14 yaşda oğlanlarvə qızlardan formalaşdırılacaq.

Püşkatma internet-konfrans rejimində keçdi. Pükatma zamanı məlum oldu ki, azərbaycanlı futbolçu Sinqapur, İspaniya, Boliviya, Bolqarıstan, Argentina, Çexiya və Liviyadan olan oyunçularla birgə oynayacaq.

Mərasimdə Dostluq Yığmalarının gənc məşqçiləri iştirak edirdilər: Mixail Babiç (16 yaş, Rusiya), Rene Lampert (15 yaş, Sloveniya), Stefan Maksimoviç (15 yaş, Serbiya), Felipe Soares (17 yaş, Portuqaliya), Çarli Sui (12 yaş, Çin), Elvira Xersoq (16 yaş, İsveçrə), İqor Qritsyuk (14 yaş, Ukrayna) və Brendon Şabani (15 yaş, BöyükBritaniya), həmçinin layihənin Beynəlxalq mətbuat mərkəzinin nümayəndəsi  Liliya Matsumoto (15 yaş, Yaponiya).

“Mən 2016-cı il mövsümündə oyunçu kimi iştirak edirdim. Hesab edirəm ki, layihənin bir hissəsi olmaq böyük uğurdur və bu, layihənin hər bir gənc səfiri üçün yeni imkanlar açır. Əgər mənim 12 yaşım olsaydı, mən yeni mövsümün iştirakçısı olmaq üçün və başqa uşaqlarla birlikdə futbol meydançasında topu vurmaq üçün hərşey edərdim!”- deyə "Maribor" FK-nun gənclərdən ibarət heyətinin əsas oyunçusu Rene Lampert dedi.

Aprelin 25-də Beynəlxalq Futbol və Dostluq gününün qeyd edilməsi çərçivəsində proqramın iştirakçılarına onminlərlə uşaq və böyüklər qoşulacaq. Onlardan hər biri layihənin rəsmi simvolu olan, göy və yaşıl rəngdə iki sadə sapdan ibarət olan və tolerantlığın, bərabərliyin və sağlam həyat tərzinə sadiqliyin simvolu olan Dostluq Qolbağını bağlayacaqlar. 

1 iyulda Sankt-Peterburqda Dostluq üçün Futbol üzrə Beynəlxalq Çempionat keçiriləcək ki, bunun çərçivəsində müxtəlif milliyyətli, cinsli və fiziki imkanlara malik gənc oyunçulardan

2 iyulda Beşinci Beynəlxalq "Dostluq üçün futbol" Forumu keçiriləcək ki, burada uşaqlar məşhur futbolçularla və jurnalistlərlə birgə müxtəlif ölkələrdə layihənin dəyərlərinin irəlilənməsi məsələlərini birlikdə müzakirə edəcəklər.

"Dostluq üçün futbol" layihəsinin beşinci mövsümünün sonunda Forumun iştirakçıları "Sankt-Peterburq Arena" stadionunda Konfederasiyalar Kuboku - 2017 final matçında iştirak edəcəklər.

Ənənəvi olaraq bütün mövsüm dövründə Beynəlxalq uşaq mətbuat mərkəzi işləyəcək. Gənc jurnalistlər böyük müxbirlərlə bərabər bütün əsas tədbirlərdə iştirak edəcəklər.

"Qazprom“ gələcəyə istiqamətlənmiş qlobal layihələri həyata keçirir və "Dostluq üçün futbol" buna çox   uyğundur. Cəmi dörd il ərzində iştirakçı  ölkələrin sayı səkkiz dəfə artdı. Bu il  Sankt-Peterburqda bütün dörd qitədən gənc futbolçular görüşəcəklər. Bu o deməkdir ki, bizim sosial layihəmizin dəyərləri bütün planetdə uşaqlar və yeniyetmələr üçün aydındır və əhəmiyyətlidir", — deyə "Qazprom“ İSC-nin idarə heyətinin sədri Aleksey Miller   qeyd edib.

"Qazpromun" təşəbbüsü bütün dünyadakı uşaqların eşidilməsinə imkan verir. Biz "Dostluq üçün futbolun" məqsəd və  əsas dəyərlərini  100 faiz  dəstəkləyirik. Biz futbol  üzrə FIFA 2018   dünya Çempionatına qədər proqramın təşkilat komitəsinin bütün təşəbbüslərinə köməklik göstərməyə çox şadıq", — deyə FİFA-nın kommersiya direktoru Filipp Le Flok  dedi.

Məlumat

Uşaqlar üçün Beynəlxalq sosial "Dostluq üçün futbol" proqramı qlobal sosial "Qazprom – uşaqlara" proqramı çərçivəsində "Qazprom" İSC  tərəfindən həyata keçirilir. Layihənin məqsədi, uşaq futbolunun inkişafı, müxtəlif ölkələrdən olan uşaqlarda müxtəlif mədəniyyətlərə və milliyyətlərə münasibətdə tolerantlığın və ehtiramın tərbiyə edilməsidir. İştirakçıların dəstəklədikləri və irəli çəkdikləri  əsas dəyərlər, dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

Layihənin əsas hadisəsi illik "Dostluq üçün futbol" Beynəlxalq uşaq forumudur ki, burada müxtəlif ölkələrdən  gənc futbolçular  toplanırlar və KİV nümayəndələri və məşhur futbolçularla birgə  bütün dünyada dəyərlərə riayət olunması məsələlərini müzakirə edirlər.

"Dostluq üçün futbol" layihəsinin xüsusi mükafatı,  doqquz dəyər  Kubokudur. Bu layihənin dəyərlərini həyata  keçirən sosial təşəbbüslərin reallaşdırılmasına görə hər il peşəkar futbol klublarından birinə verilən unikal trofeydir. Qalib  layihənin gənc səfirləri tərəfindən "Dostluq üçün futbol" layihəsinin bütün iştirakçı ölkələrində keçirilən  səsvermə yolu ilə seçilir.

Hər il bütün dünyada minlərlə iştirakçı layihəyə qoşulur. Layihənin   həyata keçirilməsi ərzində onun coğrafiyası— 2013-cü ildə 8 ölkədən  2017-ci ildə 64 ölkəyə qədər əhəmiyyətli dərəcədə genişləndi. Yüzlərlə gənc futbolçu öz ölkələrində "Dostluq üçün futbol" hərəkatının və onun dəyərlərinin səfirinə çevrilir. "Dostluq üçün futbol" layihəsinin simvolu olan — Dostluq Qolbağını — uşaqlar, böyüklər, məşhur idmançılar və jurnalistlər, artistlər, siyasətçilər və müxtəlif ölkələrin prezidentləri daxil olmaqla bütün dünyada 400 mindən çox insan geyinir.

2017-ci ildə layihənin iştirakçı ölkələri: Avstriya, Azərbaycan, Əlcəzair, Argentina, Ermənistan, Banqladeş, Belarus, Belçika, Bolqarıstan, Boliviya, Braziliya, Böyük Britaniya, Macarıstan, Venesuela, Vyetnam, Qana, Almaniya, Yunanıstan, Danimarka, Misir, Hindistan, İraq, İran, İslandiya, İspaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Çin, Koreya, Latviya, Liviya, Litva, Makedoniya, Meksika, Mozambik, Niderlandlar, Norveç, Pakistan, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Suriya, ABŞ, Tacikistan, Tanzaniya, Türkmənistan, Türkiyə, Ukrayna, Uruqvay, Özbəkistan, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveçrə, Estoniya, Yaponiya, CAR.

"Qazprom", qlobal enerji şirkətidir. Əsas fəaliyyət istiqamətləri, qazın geoloji kəşfiyyatı, hasilatı, nəql edilməsi, saxlanması, emalı və qaz (həmçinin motor yanacağı qismində), qaz kondensatı və neft satışıdır, həmçinin istilik və elektrik enerjisinin  istehsalı və satışıdır.  Şirkət Rusiyanın ərazisində, Afrika, Yaxın Şərq, Avropa, Latın Amerikası, Orta, Cənubi və Cənub-şərqi Asiya  ölkələrində fəaliyyət göstərir.

"Qazprom" təbii qaz ehtiyatlarının ölçüsü və onun hasilatı həcmləri üzrə  dünyanın ən böyük şirkətidir, o, Rusiya və 30-dan çox ölkəyə qaz təchiz edir. " Qazprom"   Rusiyanın aparıcı neft  istehsalçıları dördlüyünə   daxildir, Rusiya ərazisində böyük generasiya edici aktivlərlə malikdir, həmçinin istilik enerjisinin istehsalı üzrə dünyada liderdir.

İstehsal fəaliyyətinin fəal inkişafı ilə yanaşı "Qazprom" sosial layihələrə böyük diqqət ayırır. Şirkət beynəlxalq və Ümumrusiya miqyasılı bir çox idman təşkilatlarına və tədbirlərinə dəstək göstərir.

1news.az

Paylaş:
1037

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər