Birinci divizionun cinayətkarları: Azərbaycanda futbol üzrə “kitayski” çempionat haqda bir neçə söz – FOTO | 1news.az | Xəbərlər
Futbol

Birinci divizionun cinayətkarları: Azərbaycanda futbol üzrə “kitayski” çempionat haqda bir neçə söz – FOTO

16:51 - 17 / 03 / 2017
Birinci divizionun cinayətkarları: Azərbaycanda futbol üzrə “kitayski” çempionat haqda bir neçə söz – FOTO

Dünən AFFA-nın İntizam Komitəsi tərəfindən gözlədiyimiz qərar verildi.

Birinci divizyonun iki klubu – “Rəvan” və “Şərurspor” mərc oyunu ilə bağlı çempionatdan kənarlaşdırılıb.

Bu nə idi?

Birinci divizyonun “oyun ticarəti” mərkəzinə çevrilməsi hər kəsə çoxdan bəlli idi. UEFA neçə illərdir ki, AFFA-ya şübhəli yarışlarla bağlı dəfələrlə məktub göndərib.

Əslində müasir texnologiyalarsız oyunun əvvəlcədən mərcləşdirilmiş olduğunu sübut etmək çətindir. Buna görə də UEFA uzun illərdir ki, Sportradar şirkətilə əməkdaşlıq edir. Şirkət bütün dünyada 30 000-dən çox mərc qoyuluşu ilə bağlı əmsalları izləyir.

AFFA-nın baş katibi Elxan Məmmədovun dediyi kimi, bizim halda bu, “virusdur” ki, Birinci divizyonu əhatə edib.

Əbəs yerə “Şərurspor”, “Rəvan” və “Göyəzən”in oyunları məşhur olmayıb. Özü də azarkeşlər arasında deyil, bukmeker məntəqələrində.

Yaxın günlərdə AFFA-nın hesabat-seçki konfransında federasiya prezidenti Rövnəq Abdullayev bildirib ki, razılaşdırılmış oyunlarda iştirak edənlərlə bağlı müvafiq tədbirlər görüləcək. Bununla yanaşı R.Abdullayev qeyd edib ki, bu, əməlli-başlı cinayətdir ki, buna görə qanun qarşısında cavab verilməlidir.

“Şərurspor” və “Rəvan”ın çempionatdan uzaqlaşdırılmasından əlavə, “Energetika”, “Şahdağ” və “Göyəzən” də mövsümün sonunadək kənarlaşdırılıb. Hakim Anar Niyazov isə ömürlük olaraq futbol fəaliyyətini dayandırıb.

Bəs onda bu məsələyə Çinin nə aiddiyatı var?

AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərlə söhbət zamanı bildirib ki, UEFA-nın “Göyəzən” – “Şərurspor” (3:3) oyunu ilə bağlı göndərdiyi məktubdan şoka düşüb.

Bu videodan aydın görünür ki, hər iki komanda matçı çox “yaxşı” oyunayıb.

Gah düz yerdə qəsdən penalti verilməsi, gah da qapıçının “uşaq səhvi”. Ötən il “Neftçi” ilə oyun zamanı “Şərurspor” bu cür səhvlərə yol vermirdi. Xatırlayırsınız?

Məsələ burasındadır ki, yaxın zamanlarda çinli bukmeker məntəqələri Birinci divizyonun bazarlarına daxil olub. Hətta Birinci divizyonun ən ağlasığmaz oyunlarında belə əllərində telefon olan Asiya xarici görkəmli insanlara rast gəlmək olur. Düşünürsünüz ki, bunlar “Rəvan” və ya “Göyəzən”in azarkeşləridir? Xeyr. Sadəcə olaraq bunlar onlayn rejimdə olan müxtəlif mərc şirkətlərin nümayəndələridir. Birbaşa Bakı stadionlarında özü də.

Müalicə olunan “virus”

Təsadüfi deyil ki, AFFA-nın son məbtuat konfransı Azərbaycan futboluna həsr olunmuşdu. Premyer liqada belə oyun yoxdur, lakin Birinci divizyonda çiçəklənməyə başlayıb.

Təəssüflər olsun ki, AFFA-nın İcraiyyə komitəsi bununla bağlı ən radikal qərarlar qəbul etməyib. Bu, aydındır. Bu məsələdə AFFA tam ciddi addımlar görmək istəmir. Çünki belə olan halda Birinci divizyonda heç bir komanda qalmayacaq.

Məsuliyyətə cəlb edilmə

Ötən il AFFA Milli Məclisə razılaşdırılmış oyunlarla bağlı qanunlayihəsini təqdim edəcəyini bəyan etmişdi. Bu qanunun qüvvəyə minəcəyi təqdirdə iştirakçıların kənarlaşdırlması ilə yanaşı, həqiqi olaraq həbs ediləcək. Gülməli görünsə də, “Şərursporu”un prezidenti Sərdar Bağırov vergilərdən yayındığı üçün cəza çəkir.

Əgər Bağırovun mərcə aiddiyatı sübut olunarsa, o zaman klub prezidentinin həbsxanada daha çox qalması gözlənilir.

Lakin hər kəs cəzasını almayacaq. Bukmeker məntəqələrinin nümayəndlərindən “sudan quru çıxanlar” da olacaq.

Asan pullar

AFFA bütün klublara maliyyə yardımı gəstərdiyini bildirib. Bəs yaxşı bu pullar hara gedir?  Klub rəhbərləri üçün bu futbol lazım deyil. Hətta onların idmanın bu növü ilə tanışlığına təəcüblənirəm. Bütün pullar “biznesmenlərin” ciblərinə gedir ki, bunu da dəyişmək mümkün deyil. Düşünürəm ki, AFFA-nın digər addımı hüquq-mühafizə orqanları ilə əməkdaşlığı olacaq. Aydın məsələdir ki, futbol asossiasiyasının kimisə həbs etmək və ya futboldan kənar araşdırma aparmaq səlahiyyəti yoxdur. Lakin çiyinlərində paqon olan şəxslərin bununla bağlı heç bir problemi yoxdur.

PFL

Birinci divizyonun təşkilatçısı Peşəkar Futbol Liqasıdır (PFL). Lakin belə bir fikir var ki, Topaz premyer liqa və Azərbaycan Kubokundan başqa Birinci divizyona lazımi diqqət ayrılmır.

Bununla bağlı təşkilatın rəhbəri Ramin Musayevlə əlaqə saxladıq. Saytımıza müsahibə verən Musayev bildirib ki, yaxın günlərdə Birinci divizyondakı razılaşdırılmış oyunlardan əsər-əlamət qalmayacaq:

“İki klubu çempionatdan uzaqlaşdırmışıq, digər dördünə isə xəbərdaqlır vermişik. Bir daha nəsə eşidilərsə, bütün bu dörd klub Birinci divizyondan kənarlaşdırlacaq. Sevindirici haldır ki, ölkə rəhbərliyi bu məsələ ilə bağlı ciddi tədbirlər görməyə başlayıb. Cinayət Məcəlləsində dəyişiklik öz işini görəcək. Nə AFFA-nın, nə də PFL-in bununla bağlı səlahiyyətləri yox idi. Bundan sonra hüquq-mühafizə orqanları bu işlə məşğul olacaq”. 

PFL prezidenti qeyd edib ki, çinli məntəqələrin nümayəndələri stadionlarda özlərini azarkeş kimi təqdim edirlər:

“Qulağımıza çatıb ki, Çinin mərc şirkətlərinin nümayəndələri stadionlara gedir. Bunlardan birində saxta jurnalist vəsiqəsi aşkar etmişik və dərhal götürmüşük. Digərləri isə özlərini azarkeş kimi təqdim edir”.

Sevindirici haldır ki, razılaşdırılmış oyunlar cinayət və inzibati cəzalara cəlb olunacaq. Təəssüflər olsun ki, bunu yalnız indi, 2017-ci ildə etmək mümkün olacaq.

Necə deyərlər, gec olsun, güc olsun!

Murad Axundov

Paylaş:
2093

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər