Daniel Seqoviya: Qol vurmaq üçün 100 faiz hazır olmaq vacib deyil | 1news.az | Xəbərlər
Futbol

Daniel Seqoviya: Qol vurmaq üçün 100 faiz hazır olmaq vacib deyil

12:30 - 08 / 02 / 2017
Daniel Seqoviya: Qol vurmaq üçün 100 faiz hazır olmaq vacib deyil

“Neftçi”nin hücumçusu Daniel Seqoviya klubun rəsmi saytına müsahibə verib.

1news.az həmin müsahibəni təqdim edir:

- Yeni komandaya, ab-havaya uyğunlaşa bilmisiz?

- Ab-havaya artıq tam uyğunlaşmışam. "Neftçi”də məni hər şey qane edir. Komanda yoldaşlarım məni isti qarşıladı, buna görə onlara minnətdaram. Rəhbərlik və məşqçilər heyəti məni gözəl başa düşür. Qalır yalnız qol vurub azarkeşləri sevindirmək.

- Özünüzü qarşıdakı oyunlara hazır hesab edirsizmi?

- Təbii ki, bir müddət komandasız məşq etdiyimi nəzərə alsaq, vəziyyətim elə də ideal deyil. Amma formamı itirməmişəm. Fikrimcə, optimal forma yığmaq üçün mənə daha 5-6 gün vaxt lazım olacaq.

- Bəs ilk qol üçün necə?

- Qol vurmaq üçün 100 faiz hazır olmaq vacib deyil. Sadəcə, lazımi vaxtda lazımi yerdə olmaq kifayətdi.

- Əsas heyət uğrunda Uqo Barqasla mübarizə aparacaqsız. Amma görünür rəqabət sizin münasibətinizə pis təsir göstərmir...

- Bütün komanda yoldaşlarımla, eləcə də Uqo ilə münasibətim yaxşıdı. Əgər o, daim qol vursa, mən buna yalnız şad olaram. Əsas odu ki, komanda qələbə qazansın. Əlbəttə, mən də "Neftçi” üçün faydalı olmaq istəyirəm və hesab edirəm ki, Uqo ilə rəqabətimizin bütün komandaya xeyri dəyəcək. Kim daha yaxşı olsa, o da oynayacaq.

1news.az

Paylaş:
646

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər