Portuqaliya Fransaya qalib gələrək Avropa çempionu oldu – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Portuqaliya Fransaya qalib gələrək Avropa çempionu oldu – FOTO – VİDEO

10:23 - 11 / 07 / 2016
Portuqaliya Fransaya qalib gələrək Avropa çempionu oldu – FOTO – VİDEO

Fransada keçirilən futbol üzrə Avropa çempionatının final oyunu keçirilib.

1news.az-ın məlumatına görə, həlledici görüşdə Portuqaliya ilə meydan sahibləri Fransa üz-üzə gəlib.

Fransa millisi matça fəal başlasa da, rəqib qapısına yol tapa bilməyib. Görüşün 17-ci dəqiqəsində portuqalların kapitanı Ronaldo Payetlə mübarizədə dizindən zədələnərək meydanı yarımçıq tərk etməsi də fransızların işinə yaramayıb.

Oyunun əsas hissəsi qolsuz bərabərliklə başa çatdığından komandalar daha 30 dəqiqə mübarizə aparçalı olublar.

Görüşün taleyinə də elə əlavə olunmuş vaxtda aydınlıq gəlib. Belə ki, matçın 109-cu dəqiqəsində Ederin vurduğu qol həlledici olub və Portuqaliya qitə çempionu adına yiyələnib.

Avropa çempionatı

Final

10 iyul

Portuqaliya - Fransa - 1:0 (əlavə vaxt)

Qol: Eder, 109 

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Cek Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Ehtiyat yan xətt hakimi: Qyorgi Rinq (Macarıstan)

UEFA nümayəndələri: Yanis Mezekis (Latviya), Julien Olbert (Fransa)

Sen-Deni. “Stad de Frans”

1news.az

Paylaş:
1194

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər