EURO-2016-nın yekunları. Elxan Məmmədovun 10 bəndi | 1news.az | Xəbərlər
Futbol

EURO-2016-nın yekunları. Elxan Məmmədovun 10 bəndi

10:40 - 25 / 05 / 2016
EURO-2016-nın yekunları. Elxan Məmmədovun 10 bəndi

AFFA-nın baş katibi Bakıda başa çatan gənclər arasında (U-17) futbol üzrə Avropa Çempionatı ilə bağlı təəssüratlarının bölüşüb.

“Artıq biz, 17 yaşlı gənclər arasında Avropa Çempionatına gəlmiş son qonağı yola saldıq. Əminəm ki, hər kəs şəhərimizdən müsbət fikirlərlə ayrılıb. Əlbəttə ki, qarşılarına yüksək məqsədlər qoyan və ona nail ola bilməyən komandalar istisna olmaqla”, - 1news.az baş katibin sözlərindən sitat gətirir.

Avropa Çempionatının final mərhələsində iştirak istənilən futbol federasiyasının uğurudur. Bu tipli təbdbirlər iki hissəyə bölünür: təşkilati və idman. Təşklati işlərlə bağlı AFFA prezidenti Rövnəq Abdullayev ölkəmizdə Avropa Çempionatının keçirlməsini yüksək qiymətləndirib. İdman hissəsi üzrə də demək olar ki, biz, çempionatın qalibi olaraq bir oyunu uduzduq.

İndi isə bir qədər detallar haqda. Bu tipli tədbirlər keçiriləndə hər zaman bunun ölkəmizə nələr verəcəyini düşünmək və analiz etmək lazımdır. Bu fikir bizi istər turnir zamanı, istərsə də sonra düşündürürdü. Artıq Avropa Çempionatının bizə nələr bəxş etdiyini söyləmək olar.

Konkret olaraq desək:

1) 5 yeni məşq meydançaları yarandı ( 3 - İsmət Qayıbov adına “Neftçi”nin bazasında, 1 – Bakı Olimpiya Stadionunda, 1 – “Dalğa” yığma komandasının bazasında);

2) Ölkəmizin reklamı. Bildiyiniz kimi, 16 gün ərzində oyunlar dünya üzrə yayımlanan “Avrosport 1” və “Avrosport 2” kanallarında yayımlandı;

3) İllər ötəcək və stadionlarımızda oynayan bu gənclər dünya ulduzlarına çevriləcək. Bu, məhz o çempionatdır ki, burada ulduzlar doğulur;

4) Ölkənin futbol infrastrukturunun istifadə olunması. Oyunlar Bakı Olimpiya Stadionunda, “Baksel Arena”, “Azersun Arena” və “Dalğa Arena” stadionlarında keçirildi. Yeri gəlmişkən, təbii meydanlarımız bizi nə stadionlarda, nə də məşqlər zamanı pis vəziyyətə qoymadı;

5)  Təşkilat Komitəsi, könüllülər, stüartlar, eləcə də Avropa Çempionatına cəlb edilən hər kəs əvəzolunmaz təcrübə qazandı; 

6) UEFA nümayəndələri bir daha bizim iri futbol tədbirlərinin keçirilməsinə hazır olduğumuzun, eləcə də Euro-2020-yə hazırlığımızın şahidi oldular;

7) Komandamızın final mərhələsində əldə etdiyi təcrübə;

8) UEFA tərəfindən Avropa Çempionatının təşkil olunması üçün xaricdən maliyyə dəstəyinin cəlb olunması;

9) Bir sıra hakimlərimizin oyunlara gələrək matç izləmək və onların fəndlərindən bəhrələnmək imkanı əldə etdi;

10) 10-cu bənddəki mirasla bağlı təəssüratları oxucuların ixtiyarına buraxırıq. Hər bir oxucu çempioantla bağlı с[email protected] elektron ünvanına göndərsin. Ən yaxşı variantın sahibi AFFA-nın mükafatına layiq görüləcək. 

Fürsətdən istifadə edərək AFFA adından təşkilati işdə yardımçı olan hər kəsə təşəkkür etmək istərdim. Cənab Prezident tədbirimizi müvafiq fərmanla dəstək göstərdi və bu fərmana uyğun olaraq dövlət qurumları üç ay müddətində bizimlə əməkdaşlıq etdi.

Hər kəsə minnətdarıq. Həmçinin 16 gün ərzində bizimlə olan könüllülərə də təşəkkürümü bildirirəm”.

1news.az

Paylaş:
1027

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər