Böyük ümidlər.. Azərbaycan yığmasının Avropa Çempionatında çıxışının nəticələrinə dair | 1news.az | Xəbərlər
Futbol

Böyük ümidlər.. Azərbaycan yığmasının Avropa Çempionatında çıxışının nəticələrinə dair

11:15 - 13 / 05 / 2016
Böyük ümidlər.. Azərbaycan yığmasının Avropa Çempionatında çıxışının nəticələrinə dair

Azərbaycanın U-17 futbol üzrə  gənclər yığmasının Bakıda keçirilən Avropa Çempionatındakı çıxışı başa çatıb.

Sportbox.az xəbər verir ki, turnirin sonu major notlarla tamamlandı. Belə ki, sonuncu qarşılaşmada yığmamız Şotlandiyaya 1:0 hesabı ilə qalib gəldi. Nəticədə Təbriz Həsənovun yetirmələri qrupda 3-cü yeri tutaraq Portuqaliyadan 3 xal, Belçikadan 1 xal geri qalmaqla qarşılaşmaları tamamladı.

Məşhur atalar sözünün əksinə olsa da, Azərbaycan rahatlıq üçün başladı, sağlıq üçün bitirdi. Nə deyə bilərik, Portuqaliya ilə  start oyunu (0:5) uğursuz oldu. Amma burada məsələ sadəcə rəqibin  qol sayının çoxluğunda deyildi, gənclərimiz həddindən artıq səbirli, itaətkar oynayırdı. Portuqaliyalılar əlbəttə ki, güclü komandadır, öz favorit statuslarını qoruyub qrupda birinci yeri tutmağa nail oldular. Lakin əminəm ki, azərbaycanlı və portuqal futbolçular arasında ustalıq baxımından fərq mayın 5-dəki oyunda göründüyü qədər fantastik böyüklükdə deyil.   

Bizim futbolçular həyəcanlarına qalib gələ bilmədi. Bunun səbəbləri çox ola bilər: Mükəmməl Olimpiya stadionunda matçın keçirilməsi, U-17 Avropa Çempionatının açılış günü stadiona bu vaxta qədər keçirilən çempionatlardan fərqli olaraq rekord sayda- 33 min nəfər tamaşaçının gəlməsi, ölkə Prezidenti İlham Əliyev, AFFA rəhbərliyi və UEFA nümayəndələrinin matçı izləməsi amillərini qeyd etmək olar. Bütün sadalananlar futbolçularda həyəcan gərginlik yaradan amillər idi və bu gərginliyi üstələmək mümkün olmadı. Burada çox güman ki, məşqçilər qərargahının da günahı olmamış deyil. Çempionata qədər futbolçularla psixoloji sahədə işlərin aparıldığı deyilsə də, göründüyü kimi bu iş səmərəsiz olub. Matçın start tərkibində də müəyyən yanlışlar var idi, lakin onlar Belçika ilə oyun zamanı aradan qaldırıldı.

Bununla yanaşı, Təbriz Həsənov və onun köməkçiləri Portuqaliya ilə qarşılaşmadan sonra oyunçuları növbəti oyuna ruhlandırmağa nail oldu ki, bu heç şübhəsiz təqdirəlayiqdir.Ötən il Bakıda keçirilən U-17 Avropa Çempionatının Elit raundunun oyunları hələ də yaddaşlardan silinməyib. O zaman Mirbağır İsayevin rəhbərlik etdiyi gənclər yığmamız təəssüf ki, Xorvatiya ilə 0:4 hesablı start məğlubiyyətindən sonra özünü toplaya bilmədi və nəticədə doğma meydanda Portuqaliya ( 0:3) və Serbiya (0:3)   ilə daha 2 oyunda uğursuz oldu.

Bu dəfə hər şey fərqli idi. Belçika ilə qarşılaşma zamanı Azərbaycan futbolçuları usta rəqibə qalib gəlmək əmzi ilə meydana çıxmışdı. Start heyətə 3 yeni futbolçu daxil idi. O cümlədən, Pilağa Mehdiyevi də burada görmək mümkün idi. İlk matç zamanı onun iştirak etməməsi nəinki Azərbaycan futbol mütəxəssislərini, həmçinin Portuqaliya yığmasının məşqçisini də təəccübləndirmişdi. Matçdan sonra keçirilən mətbuat konfransında o, bunu təəccübünü jurnalistlərə bildirdi.

Belçikalılarla görüş zamanı komandamız iradə nümayiş etdirib qələbə qazandı. Son dəqiqələrdə həm qalib, həm də məğlub olmaq şansları bərabər idi. Lakin buna baxmayaraq qələbə bizim tərəfimizdə oldu. Ümumilikdə, Belçika ilə heç- heçə hesabı yaxşı nəticədir. Nəzərə almaq lazımdır ki, bu komanda son illər Avropa klublarını istedadlı oyunçularla təchiz etməklə tanınır. O, komandamızın qrupdan çıxmaq şansını tamamilə əlindən alsa da, bizim belçikalılar və şotlandlara sonuncu turda 7 qoldan çox top vura biləcəyimiz inandırıcı deyildi. Nəticədə, gözlənildiyi kimi portuqallar Belçika ilə qarşılaşma zamanı gərginlik yaşamadı və oyunu heç-heçə hesabı ilə tamamladı. Lakin Azərbaycan yığması ilə oyunda bu özünü göstərməli deyildi. Bizə xal toplamaq vacib idi.

Oyunçu heyətində yenə 3 dəyişiklik oldu. Bunlardan biri məcburi xarakterli oldu: travma alan qolkiper  Məmməd Hüseynovu Murad Popov əvəz etdi. Komandanın heyətinə Portuqaliya ilə oyunda yaşıl sahəyə çıxan İbrahim Qədirzadə və Doğukan Öksüz qayıtdı.

Etiraf etmək lazımdır ki, şotlandiya bizim qrupda ən zəif rəqib idi. Lakin bu komanda  iki təsnifat mərhələsindən keçib, həmçinin, Elit raud zamanı Çexiya, İsveçrə kimi komandaları Avropa Çempioantından kənarlaşdırıb. Yəni şotlandların zəifliyi nisbi xarakter daşıyırdı. Mübarizəni davam etdirmək şansları nəzəri cəhətdən mümkün olmasa da, britaniyalıların bütün hallarda sona qədər mübarizə apardığı məlumdur. Fərid Nəbiyevin mükəmməl zərbəsindən sonra şotlandiyalı futbolçuların emosiyalarından görmək olurdu ki, onlar bu oyunda uduzacaqlarına görə incik idilər. Lakin Azərbaycan yığması bu qarşılaşmada güclü oyun nümayiş etdirdi ( əsasən ikinci hissədə) və qalibiyyəti qazandı.

Əgər Portuqaliya ilə oyun bundan sonra baş tutsaydı bizim komandamız çox güman ki, öz gücünə  daha ço inanar və matçın nəticələri fərqli olardı. Əlbəttə, heç kim əminliklə deyə bilməz ki, bu oyun zamanı biz portuqallara qalib gələr, yaxud heç- heçə oyunu bitirə bilərdik. Lakin hər bir halda bir qapıya futbol olmazdı.

Həyatda olduğu kimi idmanda da ehtimal forması olmur. Azərbaycan yığması 4 xal toplayaraq qrupda 3-cü yeri tutdu. Onun çıxışlarının nəticəsi məhz belədir. Nəticə normaldır. Futbolçularımız sübut etdi ki, heç də hər şey  Portuqaliya oyunundan sonra spikerlərin təsvir etdiyi kimi ümidsiz deyil. Əkisinə bu komandaya , xüsusən onun bəzi oyunçularına böyük ümid var, cünki onlar yüksək potensiala malikdir.İndi əsas məsələ onların bu potensialı itirməyinə imkan verməməkdir.

1news.az

Paylaş:
6641

Sizin üçün xəbərlər

Son xəbərlər

Ağdam Sənaye Parkında görülən işlərlə tanış olunub - FOTO10 / 05 / 2024, 18:39NAYORA tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib10 / 05 / 2024, 17:57Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ10 / 05 / 2024, 17:47Prezident Sus kəndində sakinlərlə görüşdü - Elektrik stansiyaların açılışını etdi10 / 05 / 2024, 17:32Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda - FOTO10 / 05 / 2024, 17:11ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO10 / 05 / 2024, 17:02Şuşa rayonunun Turşsu qəsəbəsinin təməli qoyulub10 / 05 / 2024, 16:57Azərbaycan Ordusunda andiçmə mərasimləri - FOTO - VİDEO10 / 05 / 2024, 16:49Daşkəsənə dolu düşüb - Faktiki hava10 / 05 / 2024, 16:47Bakı-Şamaxı yolunda yeni qurğu - Qayda pozduğunuzu dərhal biləcəksiniz10 / 05 / 2024, 16:34“AccessBank” Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib10 / 05 / 2024, 16:28İlham Əliyevlə xanımı Şuşanın ilk sakinləri ilə görüşdü10 / 05 / 2024, 16:21PAŞA Holding-in törəmə şirkətlərindən olan Agro Dairy-nin növbəti Kənd Təsərrüfatı təlimləri keçirildi10 / 05 / 2024, 16:19İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar10 / 05 / 2024, 16:09Şuşada Şirin su hamamının bərpadan sonra açılışı oldu10 / 05 / 2024, 15:57Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib10 / 05 / 2024, 15:45Azərbaycanın XİN başçısı Qazaxıstana təşəkkür edib10 / 05 / 2024, 15:30Ölkənin ucqar regionlarında yüksəksürətli internetə çıxış əldə edənlərin sayı açıqlanıb10 / 05 / 2024, 15:26Bərdədə qadın küçədə bıçaqlandı10 / 05 / 2024, 15:19Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir - FOTO10 / 05 / 2024, 15:08
Bütün xəbərlər