Yeniyetmələrin Avropa çempionatı yeni qaydalarla keçiriləcək – HEYƏT | 1news.az | Xəbərlər
İdman

Yeniyetmələrin Avropa çempionatı yeni qaydalarla keçiriləcək – HEYƏT

18:36 - 21 / 07 / 2017
Yeniyetmələrin Avropa çempionatı yeni qaydalarla keçiriləcək – HEYƏT

24-30 iyul 2017-ci il tarixdə Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, yarışda hər 3 güləş növü üzrə Azərbaycan idmançıları da iştirak edəcək.

Bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, yarış qaydalarında edilən bəzi dəyişikliklər burada test ediləcək.

Məlum olduğu kimi, növbəti ildən etibarən qitə və dünya çempionatlarında çəki dərəcələri üzrə yarış günlərinin bir gündən iki günə artırılması nəzərdə tutulur. Belə ki, proqrama əsasən ilkin görüşlər (yarımfinal görüşü də daxil olmaqla) ilk yarış günündə, təsəlliverici və medal görüşləri isə növbəti yarış günündə baş tutacaq. İdmançılar isə hər iki yarış günündə çəki prosesinə cəlb ediləcək. İlk yarış günündə idmançılar mübarizə apardıqları çəkidə güləşsə də, ikinci yarış günündə onlara normadan 2 kq artıq çəkidə güləşməyə icazə veriləcək.

Proqrama əsasən, iyulun 24-26-da sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında Avropa çempionatının medalları uğrunda Tofiq Əliyev (42 kq), Əşrəf Kərimzadə (46 kq), Ramiz Həsənov (50 kq), Əsgər Məmmədəliyev (54 kq), Turan Bayramov (58 kq), Hacımurad Hacıyev (63 kq), Davud İbrahimov (69 kq), Abdulmuslim Məmmədov (76 kq), Sənan Əlizadə (85 kq) və Hamlet Nəsibli (100 kq) mübarizə aparacaq.

İyulun 26-28-də böyük məşqçi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun başçılığı altında 8 qız güləşçimiz – Şəhanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Yasəmən Məcidli (43 kq), Aynur Camalova (46 kq), Birgül Soltanova (49 kq), Elnurə Məmmədova (52 kq), Jalə Əliyeva (56 kq) və Alina Zakoyeva (60 kq) çempion adı uğrunda yarışacaq.

Və nəhayət, son 3 yarış günü, yəni iyulun 28-30-da yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyev rəhbərlik etdiyi heyətdə Həzrət Cəfərov (42 kq), Zaur Əliyev (46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq), Vəfadar Cəfərov (63 kq), Asim İmanzadə (69 kq), Fikrət Vəliyev (76 kq), Rüfət Məmmədov (85 kq) və Sərxan Məmmədov (100 kq) yer alıb.

Beynəxalq dərəcəli hakim Qərib Əliyev görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.

Babək Cahandarov

Paylaş:
905

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər