Formula-1 Azərbaycan Qran-Prisinə start verilib | 1news.az | Xəbərlər
İdman

Formula-1 Azərbaycan Qran-Prisinə start verilib

17:10 - 25 / 06 / 2017
Formula-1 Azərbaycan Qran-Prisinə start verilib

İyunun 25-də Formula-1 üzrə dünya çempionatının yeddinci mərhələsinə - Azərbaycan Qran-Prisinə start verilib.

1news.az xəbər verir ki, əvvəlcə Azadlıq meydanında möhtəşəm açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qran-Priyə baxıblar.

Karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar nümayiş etdirilib.

Azərbaycan Respublikasının dövlət himninin ifasından sonra Formula-1 Azərbaycan Qran-Prisinə start verilib.

Formula-1 Azərbaycan Qran-Prisində on komanda mübarizə aparır. Hər komanda iki pilotla təmsil olunur. Ötən gün keçirilən sıralanma turundan sonra Qran-Prinin start düzülüşü aşağıdakı kimidir: Luis Hamilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Kimi Raykkonen, Sebastian Fettel (hər ikisi “Ferrari”), Maks Ferstappen (“Red Bull Racing”), Serxio Peres, Esteban Okon (hər ikisi “Force India”), Lans Stroll, Felipe Massa (“Williams”), Daniel Rikkiardo (“Red Bull Racing”), Daniil Kvayt (“Toro Rosso”), Kevin Maqnussen (“Haas”), Niko Hulkenberq (“Renault”), Paskal Verlayn (“Sauber”), Karlos Sains (“Toro Rosso”), Romen Qrojan (“Haas”), Markus Eriksson (“Sauber”), Stoffel Vandorn (“McLaren”), Fernando Alonso (“McLaren”) və Colion Palmer (“Renault”).

İl ərzində keçirilən yeddi Qran-Prinin üçündə (Avstraliya, Bəhreyn, Monako) qalib gələn "Ferrari"nin almaniyalı pilotu Sebastian Vettelin 141 xalı var. Yeddinci - Kanada Qran-Prisində aktivinə 25 xal əlavə edən Luis Hamilton liderlə aradakı fərqi bir qədər azaldıb. O, bu qələbədən sonra xal ehtiyatını 129-a çatdırıb. Britaniyalı pilot Çin, İspaniya və Kanada Qran-Prilərində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Onun komanda yoldaşı, Rusiya Qran-Prisinin qalibi Valtteri Bottas isə 93 xalla üçüncü sırada yer alıb.

1news.az 

 

 

 

Paylaş:
862

Son xəbərlər

Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14
Bütün xəbərlər